EKSPERİMENTAL ATEROSKLEROZ FONUNDA MÜXTƏLİF AĞIR METALLARLA XRONİK İNTOKSİKASİYA ZAMANI OKSİDLƏŞDİRİCİ STRESS PROSESLƏRİNDƏ BAŞ VERƏN DƏYİŞİKLİKLƏR
DOI
https://doi.org/10.34921/amj.2024.3.020Açar sözlər
ateroskleroz, oksidləşdirici stress, ağır metallarXülasə
Məqalədə eksperimental aterosklerozlu heyvanlarda içməli su vasitəsilə müxtəlif ağır metallarla xronik zəhərlənmənin oksidləşdirici stress proseslərinə təsirini öyrənmək məqsədilə aparılmış tədqiqat işi haqqında məlumar verilmişdir. Eksperimentlər qeyri-xətli 110 ağ erkək siçovullar üzərində V seriyada aparılmışdır: I qrup – sağlam heyvanlar; II qrupda – eksperimental aterosklerozlu heyvanlar; ateroskleroz modelləşdirmədən sonra III qrupda – kadmium sulfatla, IV qrupda – nikel nitratla və V qrupda – kobalt nitratla xronik zəhərlənmə modeli yaradılmışdır. Ateroskleroz modeli, aterosklerozun inkişafının multifaktorial nəzəriyyəsinə əsaslanılaraq, İ.V.Savitsky və baş. görə yaradılmışdır. Aterosklerozun modelləşdirilməsindən sonra siçovullar 60 gün ərzində içməli su vasitəsilə ağır metallara xronik zəhərlənmə aparılırdı. Toksikant kimi kadmium-sulfat (1 mq/kq), nikel-nitrat (2 mq/kq) və kobalt-nitrat (2 mq/kq) istifadə edilmişdir. Oksidləşdirici stress prosesləri malondialdehid (MDA), dien konjuqatları (DK) və katalaza (KA) səviyyəsi ilə izlənilmişdir. Tədqiqat göstərmişdir ki, eksperimental aterosklerozlu siçovulların içməli su vasitəsilə müxtəlif ağır metallarla xronik intoksikasiyası zamanı antioksidant sistemin aktivliyinin azalması fonunda oksidləşdirici stress prosesləri sürətlənir. Bu, qan serumunda KA aktivliyinin azalması ilə paralel MDA və DK səviyyəsinin artması ilə təzəhür edir. Dəyişikliklərin şiddəti zəhərlənmə dövrü ilə düz-mütənasib olur və maksimum dəyişikliklər zəhərlənmənin başlanmasından sonrakı 60 günün tamamında müşahidə edilir. Patoloji dəyişikliklər kadmium sulfatla xronik zəhərlənmə zamanı ən yüksək, kobalt-nitratla zəhərlənmə heyvanlarda isə aşağı səviyyədə olmuşdur; nikel-nitratın zəhərləyici təsiri orta səviyyədə olmuşdur. Əldə edilən məlumatlar ağır metallarla xronik zəhərlənməsinin kompleks detoksikasion müalicəsində antioksidantlardan istifadə edilməsinə ehtiyac olduğunu göstərir.
Downloads
Endirin
Yayımlanıb
Necə istinad edilir
Nömrə
Bölmə
Lisenziya
Müəllif hüququ (c) 2024 Azərbaycan Tibb Jurnalı

Bu çalışma Creative Commons Attribution 4.0 International License ile lisenziyalanıb.


