BÖYRƏKLƏRİN XRONİK XƏSTƏLİYİNİN MÜXTƏLİF MƏRHƏLƏLƏRİNDƏ DAMAR ENDOTELİNİN FUNKSİYASININ QEYRİ-İNVAZİV METODLA QİYMƏTLƏNDİRİLMƏSİ
DOI
https://doi.org/10.34921/amj.2022.1.011Açar sözlər
endotelial disfunksiya, böyrəklərin xronik xəstəliyi, endoteldənasılı vazodilatsiyaXülasə
Məqalədə böyrəklərin xronik xəstəliyinin (BXX) müxtəlif mərhələlərində asılı olaraq bazu arteriyasında endoteldən asılı (EAVD) və endoteldən asılı olmayan vazodilatasiyanın (EAOVD) qiymətləndirilməsi məqsədilə aparılmış tədqiqat işi haqqında məlumat verilmişdir. 117 xəstədə YFS təyin olunaraq BXX-nin 1-4 mərhələsinə uyğun olaraq 4 qrupa ayrılmışdır. Bütün xəstələrdə EAVD və EAOVD qiymətləndirilmişdir. YFS ilə bu göstəricilər arasında asılılıq öyrənilmişdir. EAVD 2-4-cü mərhələ BXX olan xəstələrdə 1-ci mərhələ ilə müqayisədə statistik dürüst olaraq aşağı olmuşdur (p<0,001). 3-cü və 4-cü qruplarda endotelin vazodilatasiyanın ciddi pozulması qeyd edilmiş, EAVD müvafiq olaraq,orta hesabla 8,6±1,14% və 6,39±1,21% təşkil etmişdir. 3-cü qrupda EAVD-ın 10% olması 8% xəstədə qeyd edilmiş, lakin 4-cü qrupda bütün xəstələrdə EAVD <10% olmuşdur. EAOVD BXX-nin ilkin mərhələlərində dəyişilməmiş, lakin 3 və 4cü mərhələ BXX xəstələrində EAOVD-ın 10%-dən artıq olması hallarına rast gəlinmişdir.
Yekun olaraq qeyd etmək olar ki, BXX xəstələrində damar endotelinin funksiyasının qeyri invaziv metodla öyrənilməsi ED-nin BXX-nin daha erkən mərhələrində inkişaf etdiyini göstərir.
Downloads
Endirin
Yayımlanıb
Necə istinad edilir
Nömrə
Bölmə
Lisenziya
Müəllif hüququ (c) 2022 Azərbaycan Tibb Jurnalı

Bu çalışma Creative Commons Attribution 4.0 International License ile lisenziyalanıb.


