YETKİN YAŞLI ŞƏXSDƏ 15q11.2 XROMOSOM MİKRODUPLİKASİYASI SİNDROMUNUN DİAQNOSTİKASINA DAİR KLİNİK NÜMUNƏ
DOI
https://doi.org/10.34921/amj.2024.1.026Açar sözlər
15q11.2 xromosom mikroduplikasiyası, fenotipik variabellik, molekulyar-genetik tədqiqatXülasə
15-ci xromosomun 15q11.2 mikroduplikasiyası ilə əlaqədar törənən genetik sindrom indiyə qədər həkimlərin əksəriyyətinə məlum deyildir. Aparılmış tədqiqatın məqsədi yaşlı şəxsdə bu genetik patologiyanın diaqnostikası üçün alqoritm hazırlamaq və fenotipik cəhətdən bu sindroma bənzər olan genetik xəstəlikdən (Prader-Villi sindromu) diferensiasiyasını araşdırmaq olmuşdur. Məqalədə 15q11.2 xromosom mikroduplikasiyası sindromu olan xəstə haqqında məlumat verilmişdir.
Təsvir edilmiş klinik nümunənin nisbətən yüngülgedişli xəstəliyə aid olması və diaqnostikasının fərqliliyi bu genetik fenomenin əhəmiyyətli dərəcədə variabelliyə malik olduğunu göstərir. Aparılmış müayinələr müşahidə edilən xəstədə təsvir edilən əlamətlərin məhz 15q11.2 xromosom mikroduplikasiyası ilə əlaqədar olduğunu aşkara çıxarmışdır. Bu sindromun diaqnostikasının mübahisə doğurmayan təsdiqinə yalnız molekulyar-genetik tədqiqat zamanı 15q11.2 xromosom lokusunda mikroduplikasiyanın aşkar edilməsi ilə nail olmaq mümkündür.
Downloads
Endirin
Yayımlanıb
Necə istinad edilir
Nömrə
Bölmə
Lisenziya
Müəllif hüququ (c) 2024 Azərbaycan Tibb Jurnalı

Bu çalışma Creative Commons Attribution 4.0 International License ile lisenziyalanıb.


