PSİXİ POZUNTULU UŞAQ VƏ YENİYETMƏLƏRDƏ İCTİMAİ TƏHLÜKƏLİ ƏMƏLLƏRƏ MEYİLLİK
DOI
https://doi.org/10.34921/amj.2024.1.018Açar sözlər
ictimai təhlükəli əməl, cinayətkar davranış, psixi pozuntuXülasə
Məqalədə son 20 il ərzində Azərbaycanda psixi pozuntulu yeniyetmələr arasında rast gəlinən antisosial davranışın, həyata keçirilmiş ictimai təhlükəli əməllərin xarakteristikasının, bu yaş qrupunda rast gəlinən psixi pozuntuların xüsusiyyətlərinin araşdırılması, psixi pozuntulu yeniyetmə şəxslərin cinayət məsuliyyəti və cəzaçəkmə imkanlarının mümkünlüyünün öyrənilməsi məqsədilə aparılmış tədqiqat işi haqqında məlumat verilmişdir. Müxtəlif psixi pozuntulardan əziyyət çəkən 339 yeniyetmənin 363 cinayət işi tədqiq edilmişdir. Tədqiqatdan alınmış nəticələrə görə son illərdə psixi pozuntulu uşaq və yeniyetmələr arasında cinayət əməli törətməyə meyillikdə cüzi də olsa artım olduğu müəyyən edilmişdir. Yaşı 16-dan 18-ə qədər olan psixi pozuntulu yeniyetmələrə nisbətən 16 yaşa qədər uşaqlar arasında cinayət əməlləri törədənlərin sayı daha çox qeyd edilmişdir. Cinayət əməli törətmiş uşaq və yeniyetmələr arasında ağıl zəifliyi (kəmağıllıq) olanlar üstünlük təşkil edir. Tədqiq olunan uşaq və yeniyetmələr arasında “Mülkiyyət əleyhinə olan cinayətləri”n üstünlük təşkil etdiyi məlum olmuşdur (47,4%). Psixi pozuntulu uşaq və yeniyetmələrin 73,3%-i cinayət törədərkən anlaqlı vəziyyətdə olmuşdur. Tədqiq edilənlərin 8,7%-i məhs bu yaş dövründə təkrar cinayətlər törətmişlər. Psixi pozuntulu uşaq və yeniyetmələr arasında 45,2% halda qapalı həbs və ya məhkumluq şəraiti pataloji psixi dəyişikliklərin dərinləşməsinə səbəb olmuşdur.
Downloads
Endirin
Yayımlanıb
Necə istinad edilir
Nömrə
Bölmə
Lisenziya
Müəllif hüququ (c) 2024 Azərbaycan Tibb Jurnalı

Bu çalışma Creative Commons Attribution 4.0 International License ile lisenziyalanıb.


