POSTTRAVMATİK STRESS POZUNTUSU OLAN XƏSTƏLƏRİN PSİXOSOSİAL REABİLİTASİYASI
DOI
https://doi.org/10.34921/amj.2022.1.009Açar sözlər
psixosomatik reabilitasiya, posttravmatik stress pozuntusu, psixi travmaXülasə
Məqalədə posttravmatik stress pozuntusu olan xəstələrin psixosomatik reabilitasiyasına dair məlumat verilir; sübutlu təbabətin göstəricilərinə əsaslanmaqla bu xəstələrə reabilitasion tədbirlərin tətbiqinin və psixosomatik yardımın vacibliyi əsaslandırılır. Tədqiqata posttravmatik stress pozuntusu (F.41.1) diaqnozu qoyulmuş 57 xəstə cəlb edilmişdir (XBT-10-a uyğun olaraq). Əsas qrupa daxil edilmiş 38 pasiyentə psixosomatik reabilitasiya üsulları tətbiq edilmişdir. Kontrol qrupda olan 19 nəfər eyni patologiyalı xəstə belə tədbir almamışdır. Pasiyentlərin şikayətlərinin ətraflı öyrənilməsi vasitəsilə onların psixososial fəaliyyətinin əsas istiqamətləri reabilitasiya prosesinin müxtəlif mərhələlərində araşdırılmışdır.
Əsas və müqayisə qruplarından alınmış nəticələrin müqayisəsi PTSP olan pasiyentlər üçün hazırlanmış reabilitasiya tədbirlərinin effektivliyini təsdiq etmişdir ki, bu da əsas qrupda xəstələrin psixi sağlamlığının daha tez bərpa olunması və onlarda psixoloji baxımdan geriləmə olmaması ilə təzahür edir.
Tədqiqatın nəticələri PTSP olan xəstələrdə aparılan kompleks reabilitasiya tədbirlərinin klinik və psixo-diaqnostik göstəricilərinə müsbət təsirini sübuta yetirmişdir. Aparılmış tədqiqat işi sübut etmişdir ki, PTSP-li xəstələrdə aparılan reabilitasion tədbirlərlə qarşıya qoyulan məqsədə çatmaq üçün xəstənin psixi vəziyyəti, şəxsi keyfiyyətləri, sosial mühitin xüsusiyyətləri və fərdi yaşayış şəraiti nəzərə alınmalıdır.
Downloads
Endirin
Yayımlanıb
Necə istinad edilir
Nömrə
Bölmə
Lisenziya
Müəllif hüququ (c) 2022 Azərbaycan Tibb Jurnalı

Bu çalışma Creative Commons Attribution 4.0 International License ile lisenziyalanıb.


