ÖZBƏKİSTANDA ÖLÜDOĞULMA HADİSƏLƏRİNİN SİSTEMLƏŞDİRİLMƏSİNDƏ XBT-10 TƏSNİFATININ TƏTBİQİ
DOI
https://doi.org/10.34921/amj.2023.4.015Açar sözlər
perinatal ölümün strukturu, ölüdoğulma, XBT-10, perinatal ölümlərin auditiXülasə
Məqalədə Özbəkistanda ölüdoğulma halları strukturunun analizi şərh edilmiş və bu sahəyə XBT-10 təsnifatının tətbiqi imkanları müzakirə edilmişdir.
2018-2022-ci il illər ərzində baş vermiş ölüdoğulma hadisələri retrospektiv kohort tədqiqatı aparılmışdır. Bundan ötrü Özbəkistanın müxtəlif bölgələrində yerləşən 24 tibb müəssisəsinin materiallarının perinatal ölüm üzrə ÜST təsnifatı nəzərə alınmaqla auditi aparılmışdır. Analizi aparılmış 285 hadisədən 256-sı (89,8%) antenatal, 10,2%-i intranatal ölümlə əlaqədar olmuşdur.
Ölüdoğulma hadisələrinin XBT-10 üzrə təsnifatına əsasən təhlili göstərmişdir ki, 285 ölüdoğulma hadisəsindən 69-u (24,2%) A3 – “Bətndaxili hipoksiya” ilə əlaqədar olmuşdur. Digər ölüdoğulma hadisələri isə səbəblər üzrə aşağıdakı kimi bölünmüşdür: A6 kateqoriyası “Dölün antenatal dövrdə aydınlaşdırılmamış səbəbdən ölümü – 65/285 (25,4%); A2 kateqoriyası “İnfeksion xəstəliklər” – 43/285 (15,1%); “Dölün inkişafı ilə əlaqədar olan pozulmalar” (A5+I6) bütün ölüdoğulma hallarının 14%-ni (40/285) təşkil etmişdir. Ananın vəziyyətinin analizi zamanı aydın olmuşdur ki, 285 bətndaxili ölüm halından 75-i (26,3%) M-5 “Ana tərəfdən ağırlaşma olmayan” kateqoriyasına, 71-i (24,9%) isə M4 “Anada tibbi və cərrahi ağırlaşmalar”la əlaqəli kateqoriyaya daxil idi. Bu kateqoriyalar üzrə bətndaxili ölümlər hamiləliyin müddətindən asılı olmadan hər bir hestasiya yaşı dövründə daha yüksək olmuşdur.
Müəlliflər bu fikirdədirlər ki, ÜST-ün perinatal ölümlər üzrə audit aparmaq üçün təkliflərinin və XBT-10 təsnifatının Özbəkistan ərazisində tətbiqi kifayət qədər informativ və effektlidir. Bu təsnifatın və audit üsulunun tətbiqi perinatal ölüm hallarının azaldılması üçün məqsədyönlü və effektiv təbdirlər görülməsi imkanlarını artırır.
Downloads
Endirin
Yayımlanıb
Necə istinad edilir
Nömrə
Bölmə
Lisenziya
Müəllif hüququ (c) 2024 Azərbaycan Tibb Jurnalı

Bu çalışma Creative Commons Attribution 4.0 International License ile lisenziyalanıb.


