OFTALMOXLAMİDİOZUN KLİNİK-EPİDEMİOLOJİ XÜSUSİYYƏTLƏRİ
DOI
https://doi.org/10.34921/amj.2023.4.014Açar sözlər
oftalmoxlamidioz, uveit, xlamidiya konyuktiviti, chlamidia trichamonaXülasə
Məqalədə gözün xlamidiya infeksiyası ilə yoluxma yollarını, yoluxmanın yaş qruplarını, yanaşı gedən xəstəlikləri müəyyən etmək məqsədilə aparılmış tədqiqat işi haqqında məlumat verilmişdir. Tədqiqatda müayinə obyekti əsas və kontrol qruplara bölünmüş 125 xəstədən ibarət idi. Əsas qrupa xlamidiya diaqnozu qoyulmuş 95 nəfər, kontrol qrupuna fərqli etiologiyalı xəstəliyin oxşar klinik formaları olan 30 xəstə daxil edilmişdir. Əsas müayinə metodlarına urogenital orqandan və göz yaşı mayesindən götürülən materialın mikroskopiyası, bakterioloji müayinə, vizometriya, təbii işıqlı göz müayinəsi, birbaşa və əks-oftalmoskopiya, göz dibi müayinəsi, İFA, ZPR müayinələri daxildir.
Araşdırmalar nəticəsində məlum olub ki, yenidoğulmuş və 1 yaşadək uşaqlarda 3,14% hallarda xəstəlik anadan uşağa doğuş zamanı keçib. 5,28% hallarda yoluxma ana ilə yaxın təmas nəticəsində, 25,73% hallarda ailənin evdə eyni gigiyena vasitələrindən istifadə etməsi, 65,85% isə cinsi əlaqə nəticəsində baş vermişdir. Xəstəlik əsasən bütün yaş qruplarından olan insanlar arasında yayılır. 70% hallarda oftalmoxlamidiozlu xəstələrdə sidik-cinsiyyət orqanların iltihab əlamətləri müşahidə edilir. Bundan başqa, 41,5% hallarda oynaqlarda, 28,23% hallarda tənəffüs orqanlarında, 35,56% hallarda mədə-bağırsaq sistemində iltihabı dəyişikliklərlə müşayiət olunur. Xəstələrin təqribən 61,05%-də ikitərəfli oftalmoxlamidioz, 38,94%-də birtərəfli oftalmoxlamidioz müşahidə edilmişdir.
Downloads
Endirin
Yayımlanıb
Necə istinad edilir
Nömrə
Bölmə
Lisenziya
Müəllif hüququ (c) 2024 Azərbaycan Tibb Jurnalı

Bu çalışma Creative Commons Attribution 4.0 International License ile lisenziyalanıb.


