VAXTINDAN ƏVVƏL DOĞULMUŞ UŞAQLARDA MƏRKƏZİ SİNİR SİSTEMİNİN PATOLOGİYASINDA VASOREGULATOR MEХANİZMİN ROLU
DOI
https://doi.org/10.34921/amj.2022.1.004Açar sözlər
mərkəzi sinir sisteminin perinatal patologiyası, hipoksik-işemik ensefalopatiya, vazorequlyator mexanizmlər, azot oksidiXülasə
Məqalədə, erkən doğulmuş körpələrdə mərkəzi sinir sisteminin perinatal hipoksik-işemik zədələnməsinin patogenezində endotelial (eNOS) və neyronal (nNOS) sintazaların rolunun öyrənilməsi məqsədilə aparılmış tədqiqat işi haqqında məlumat verilmişdir. Tədqiqata ağırlaşmış mamalıq anamnezi olan qadınlar və onlardan doğulan, mərkəzi sinir sisteminin hipoksik və işemik zədələnməsi olan, bətndənkənar inkişafın ilk 1 ayını yaşayan yarımçıq doğulmuşlar cəlb olunmuşdur. 71 körpədə hestasiya yaşından və serebral işemiyanın ağırlıq dərəcəsindən asılı olaraq, azot oksidi sintazaları öyrənilmışdir. Göstəlirmişdir ki, serebral işemiyanın inkişafında, eNOS və nNOS aparıcı rol oynayır. Məlum olmuşdur ki, eNOS və nNOS sintazaların yüksək ekspressiyası və aktivləşməsi birbaşa körpənin hestasiya yaşından, bədən kütləsinin, orqan və sistemlərin morfofunksional yetkinliyindən və vaxtından əvvəl doğulmanın dərəcəsindən aslıdır. Göstəlirmişdir ki, hipoksik və işemik zədələnmənin təsiri nə qədər ğuclü olarsa, beyin damarlarının endotel hüceyrələrinin adekvat funksiya və strukturu, neyronların, qlial hüceyrələrinin funksiya və strukturu, beyin qan axınının tənzimlənmə qabiliyyəti bir o qədər ciddi şəkildə pozulur. Nəticədə, sinir sistemində dərin dəyişiklər törənir və bu, körpələrdə müxtəlif ciddi ağırlaşmalara səbəb olur.
Downloads
Endirin
Yayımlanıb
Necə istinad edilir
Nömrə
Bölmə
Lisenziya
Müəllif hüququ (c) 2022 Azərbaycan Tibb Jurnalı

Bu çalışma Creative Commons Attribution 4.0 International License ile lisenziyalanıb.


