ALT ÇƏNƏNİN SINIĞI OLAN XƏSTƏLƏRİN MÜALİCƏSİNİN VƏ REABİLİTASİYASININ MÜXTƏLİF MƏRHƏLƏLƏRİNDƏ AĞIZ BOŞLUĞU MAYESİNİN DƏYİŞMƏ DİNAMİKASI
DOI
https://doi.org/10.34921/amj.2023.2.015Açar sözlər
cərrahi stomatologiya, ağız boşluğu mayesi, reflektor-əzələ kontrakturalarıXülasə
Alt çənə nahiyəsindən travmaya məruz qalmış şəxslərin müalicəsinin müxtəlif mərhələlərində ağız boşluğu mayesinin xüsusiyyətini araşdırmaq məqsədilə tədqiqat aparılmışdır. Ümumiyyətlə alt çənəsindən travmaya məruz qalmış 112 xəstənin stomatoloji statusu dispanserizasiyanın müxtəlif mərhələlərində tədqiq edilmişdir. Müalicənin başlanmasından əvvəl və müalicənin müxtəlif mərhələlərində sağalma proseslərinin gedişatına nəzarət etmək məqsədilə ağız boşluğu mayesinin biofiziki və biokimyəvi xarakteristikası müəyyənləşdirilmişdir. Alt çənəsindən travma almış xəstələrdə aparılan klinik müşahidənin müxtəlif mərhələlərində ağız boşluğu mayesinin biokimyəvi və biofiziki xassələrində aşkar nəzərə çarpan dəyişikliklər baş vermişdir: immobilizasiyadan əvvəlki mərhələdə mayenin bufer tutumu immobilizasiyadan sonrakı I və II mərhələlədəkinə nisbətən aşağı olmuş, immobilizasiyadan sonrakı mərhələdə isə əvvəl əldə edilmiş səviyyədən fərqlənməmişdir. İmmobilizasiyanın I və II mərhələlərində ağız boşluğu mayesinin özlülüyü əhəmiyyətli dərəcədə artmış, postimmobilizasiya mərhələsində isə nisbətən azalmışdır; mayenin pH-nın orta qiyməti də azalmışdır və bu, ağız suyu ifrazının sürətinin də azalması ilə müşayiət edilmişdir. Ağız boşluğu mayesinin turşu-gələvi müvazinətinin sabitliyi isə bufer sistemi sayəsində təmin edilmişdir (22 %); mayenin pH-ı azalmış (23 %), özlülüyü (13 %) artmış və ağız suyunun sekresiyası (67 %) azalmışdır. Travma almış alt çənənin immobilizasiyası zamanı ağız suyunun qeyri-spesifik mühafizəedici amili olan lizosimin aktivliyi artmış, immobilizasiyadan sonrakı mərhələdə isə sürətlə azalmışdır. Bu isə ağız boşluğu mayesində mikroorqanizmlərin sürətlə artması ilə müşayiət edilirdi.
Downloads
Endirin
Yayımlanıb
Necə istinad edilir
Nömrə
Bölmə
Lisenziya
Müəllif hüququ (c) 2023 Azərbaycan Tibb Jurnalı

Bu çalışma Creative Commons Attribution 4.0 International License ile lisenziyalanıb.


