AĞCİYƏRİN XRONİK OBSTRUKTİV XƏSTƏLİYİNİN AĞIR KƏSKİNLƏŞMƏLƏRİ ZAMANI İNTENSİV TERAPİYA EFFEKT VERMƏYƏN XƏSTƏLƏRDƏ QEYRİ-İNVAZİV VENTİLYASİYANIN TƏTBİQİ
DOI
https://doi.org/10.34921/amj.2023.2.002Açar sözlər
ağciyərin xronik obstruktiv xəstəliyi, ağır kəskinləşmə, qeyri-invaziv ventilyasiyaXülasə
Məqalədə AXOX-un ağır kəskinləşməsi zamanı bazis-terapiyanın effekti olmayan xəstələrdə ikisəviyyəli davamlı müsbət tənəffüs yolu təzyiqi (BiPAP) müdaxiləsinin terapevtik effektivliyi haqqında məlumat verilir. Bu məqsədlə tədqiqata ağır kəskinləşməsi olan AXOX-lu 29 xəstə cəlb edilmişdir. Onlardan 13 xəstəyə basis terapiya (sistem kortikosteroidlər, bronxgenişləndicilər, oksigenlə müalicə və s.), 16 xəstəyə isə göstərilən müalicəyə əlavə olaraq ikisəviyyəli qeyri-invaziv ventilyasiya tətbiq edilmişdir. Bütün xəstələrdə xarici tənəffüs funksiyası göstəriciləri və arterial qan qazları tədqiq edilmişdir. Tədqiqatın nəticələri göstərmişdir ki, qeyri-invaziv ventilyasiya tətbiq edilən qrupda stasionar müalicə günlərinin (p=0,001), intubasiyaya ehtiyacın (p=0,001) və xəstəxanadaxili ölüm göstəricilərinin (statistik dürüst olmasa da, p=0,095) azalması müşahidə edilmişdir.
Downloads
Endirin
Yayımlanıb
Necə istinad edilir
Nömrə
Bölmə
Lisenziya
Müəllif hüququ (c) 2023 Azərbaycan Tibb Jurnalı

Bu çalışma Creative Commons Attribution 4.0 International License ile lisenziyalanıb.


