DİABET OSTEOPENİYASI – ŞƏKƏRLİ DİABETİN GECİKMİŞ AĞIRLAŞMALARININ TƏZAHÜR FORMASI KIMI
DOI
https://doi.org/10.34921/amj.2021.4.027Açar sözlər
şəkərli diabet, sümük metabolizmi, qan, limfaXülasə
Məqalədə diabetik oteopeniyanın patogenetik mexanizmləri haqqında müasir ədəbiyyat məlumatlarının xülasəsi təqdim edilmişdir. Təqdim edilmiş məlumatlardan aydın olur ki, diabetik osteopeniyanın patogenezi çoxamilli olsa da, son vaxtlar əksər müəlliflər şəkərli diabet xəstəliyi zamanı sümük toxumasında qlikozilləşmənin son məhsullarının toplanmasına daha çox diqqət yetirirlər. Lakin diabetik osteopatiyanın patogenezində limfa sisteminin rolu indiyə qədər öyrənilməmişdir. Halbuki məhz limfa sistmi toxumaları toksik təsirli metabolizm məhsullarından təmizləməklə orqanizm üçün əvəzedilməz funksiyaya malikdir. Bununla əlaqədar olaraq, müəlliflər diabetik osteopatiyanın patogenezində limfa sistemin rolunun öyrənilməsinin adekvat profilaktika və müalicə üsullarının hazırlanmasında önəmli amil hesab edirlər.


