VƏRƏM PLEVRİTİNİN MÜALİCƏSİNDƏ LİMFOTROP ANTİBAKTERİAL MÜALİCƏNİN YERİ

Müəlliflər

  • İ.D. Dujiy Sumı Dövlət Universiteti, Tədris-elmi Tibb İnstitutu
  • V.P. Melnik “Kiyev Tibb Universiteti” Özəl ali təhsil müəssisəsi
  • Q.P. Oleşşenko Sumı Dövlət Universiteti, Tədris-elmi Tibb İnstitutu
  • Ya.V. Xijnya Sumı Dövlət Universiteti, Tədris-elmi Tibb İnstitutu
  • A.L. Sıtnik Sumı Dövlət Universiteti, Tədris-elmi Tibb İnstitutu
  • N.C. Əl Yamani Sumı Dövlət Universiteti, Tədris-elmi Tibb İnstitutu
  • İ.A. Simonenko Sumı Dövlət Universiteti, Tədris-elmi Tibb İnstitutu

DOI

https://doi.org/10.34921/amj.2022.4.007

Açar sözlər

vərəm plevriti, limfotrop antibakterial terapiya, vərəm

Xülasə

Məqalədə plevritin antibakterial müalicəsi üçün müəlliflərin təklif etdiyi limfotrop metodun əsaslandırılmasından ötrü aparılmış tədqiqat işi haqqında məlumat verilir. Tədqiqata vərəm mənsəli plevrit xəstəliyi olan 67 xəstə cəlb edilmişdir. Standart metodlarla müalicə alan 69 nəfər müqayisə qrupunu təşkil etmişdir. Tədqiqat göstərmişdir ki, müalicənin başlanılmasından 2 ay sonra əsas qrupdan olan bütün xəstələrdə vərəm bakteriyalarının abasilləşməsinə nail olunmuşdur. Bu qrupdakı xəstələrdən yalnız 9 nəfərdə (13,4 %) plevra boşluğunda qalıq dəyişikliklər nəzərə çarpmışdır, halbuki, müqayisə qrupunda 6 %-dən 77,6-ə qədər yayılmış dəyişikliklər müşahidə edilmişdir. Müqayisə qrupundan olan xəstələrdən 10 nəfərdə (14,4 %) prosesin xronik hala keçməsi müşahidə edilmiş və operativ müdaxiləyə-plevrektomiyaya ehtiyac yaranmışdır. Preparatların limfotrop üsulla tətbiq edildiyi xəstələrdə antibakterial terapiyanın intensivliyi qalıq dəyişikliklərin sahəsinin kiçilməsinə və bu yolla xarici tənəffüs funksiyasının yaxşılaşmasına şərait yaratmışdır. Müqayisə qrupunda qalıq əlamətlərə 6 %-dən 77,6-ə qədər rast gəlinmiş və 10 xəstənin (14,4 %) operativ yolla müalicə edilməsinə ehtiyac yaranmışdır. Bu isə vərəm plevritinin müalicəsi zamanı antibakterial preparatların limfotrop yolla daxil edilməsinin üstünlüyünə dəlalət edir.

Downloads

Download data is not yet available.

Yayımlanıb

2022-12-15

Necə istinad edilir

Dujiy, . İ.D., Melnik , V., Oleşşenko , Q., Xijnya , Y., Sıtnik , A., Əl Yamani , N., & Simonenko , İ.A. (2022). VƏRƏM PLEVRİTİNİN MÜALİCƏSİNDƏ LİMFOTROP ANTİBAKTERİAL MÜALİCƏNİN YERİ. Azərbaycan Tibb Jurnalı, (4), 43–48. https://doi.org/10.34921/amj.2022.4.007

Nömrə

Bölmə

KLİNİK TƏDQİQATLAR