XRONİK FİZİKİ YÜKDƏN SONRA AĞCİYƏRLƏRDƏ SURFAKTANTIN SİNTEZİNİN VƏ KEYFİYYƏTİNİN DƏYİŞİKLİKLƏRİNİN XÜSUSİYYƏTLƏRİ
DOI
https://doi.org/10.34921/amj.2023.1.025Açar sözlər
fiziki yük, surfaktant, II tip alveolositlər, aerohematik baryer, alveol epiteliXülasə
Məqalədə uzunmüddətli fiziki yükün təsiri zamanı ağciyərlərin ventilyasiya-perfuziya funksiyasında baş verən dəyişikliklərin öyrənilməsi məqsədilə aparılmış tədqiqat işi haqqında məlumat verilmişdir. Tədqiqat cinsi xətti bəlli olmayan, cinsi yetkinliyə çatmış 5-10 aylıq, kütləsi 120,0-140,0 qr olan ağ erkək laborator siçovulları üzərində aparılmışdır. Cəmi 25 siçovuldan istifadə edilmişdir ki, onlardan da 10-u eyni kontrol qrupunu təşkil etmişdir. Tədqiqat zamanı heyvanlardan alınan ağciyər tikələrinin anatomik, histoloji, elektron-histokimyəvi, ultramikroskopik üsullarla kompleks şəkildə istifadə etməklə ağciyərlərin respirator şöbəsində xroniki uzunmüddətli fiziki yükün təsirindən sonra baş verən dəyişikliklər öyrənilmişdir. Histoloji preparatlar Tesla BS 500 elektron mikroskopu vasitəsilə müşahidə edilmiş, “Sony Vaio” fərdi kompüterində Statistik Microsoft Excel LL XP proqramından istifadə edilməklə müqayisə edilən qrupların göstəriciləri arasında fərqlər araşdırılmışdır. Tədqiqat göstərmişdir ki, uzunmüddətli fiziki yükdən sonra ağciyər alveollarında surfaktantın sintezi və utilizasiyası pozulur, distelektaz sahələrinin sayı artır, hipoventilyasion asidoz baş verir. Uzunmüddətli fiziki yükün təsirindən alveolyar makrofaqların ultrastrukturundakı dəyişikliklər sərbəst makrofaqların sayının, onların osmiofil lövhəciklərinin “uducu” effektinin güclənməsi fonunda artımı müşahidə edilmişdir. Bu, surfaktantın miqdarının və intensivliyinin azalmasına səbəb olur. Uzuznmüddətli fiziki gərginlik rejimi aerohematik baryer və alveol epitelinin strukturlarında, surfaktantın sintezi və utilizasiyasında pozuntulara səbəb olur. Elektrohistokimyəvi reaksiyaların məlumatları aerohematik membran komponentlərinin, surfaktantın sintezi və istifadəsi proseslərinin qeyri-stabilliyini göstərir. Beləliklə, artan fiziki yüklənmə şəraitində tənəffüs hipoksiyasına cavab olaraq sağ mədəcikdə ocaqlı zədələnmələr törənir və kiçik qan dövranında hipertenziya inkişaf edir.
Downloads
Endirin
Yayımlanıb
Necə istinad edilir
Nömrə
Bölmə
Lisenziya
Müəllif hüququ (c) 2023 Azərbaycan Tibb Jurnalı

Bu çalışma Creative Commons Attribution 4.0 International License ile lisenziyalanıb.


