YUMURTALIQLARIN PROLİFERASİYAEDİCİ MUSİNOZ SİSTOADENOMASI: “MORFOLOJİ” STRUKTURUNUN XÜSUSİYYƏTLƏRİ VƏ PROQNOZU

Müəlliflər

  • L.İ. Volos Danil Qalitski adına Lvov Milli Tibb Universitetinin Patoloji anatomiya və məhkəmə təbabəti kafedrası

DOI

https://doi.org/10.34921/amj.2021.4.023

Açar sözlər

uşaqlığın musinoz sistoadenoması, proliferasiya, hüdudi vəziyyət

Xülasə

Məqalədə yumurtalıqların çətin diaqnostika edilən papilyar musinoz sistoadenoması haqqında məlumat verilmişdir. Tədqiqat işi bu patomorfoloji prosesin histoloji xüsusiyyətlərini öyrənmək məqsədilə aparılmışdır. Tədqiqata yumurtalığın proliferasiyaedici papilyar musinoz sistoadenoması (əsas qrup) və sadə musinoz papilyar adenomalı 15 qadının (müqayisə qrupu) operasiya materialları daxil edilmişdir. Preparatlar hematoksilin-eozin boyası və alsian abısı ilə boyadılaraq morfometrik tədqiqat aparılmışdır. Tədqiqat göstərmişdir ki, proliferasiyaedici papilyar musinoz sistoadenoma üçün xarakter patomorfoloji əlamətlər bunlardan ibarətdir: neyroendokrin hüceyrələr və ya Panet hüceyrələri ilə birgə qədəhəbənzər hüceyrələrin olması, periqlandulyar stromal kondensasiya və lüteinləşmə – müşahidələrin 63,15%-də, cinsiyyət ciyəsi tipli diferensiasiya – 21,05%-də, nekrozlaşma – 18,42%- də, psevdoksantoma hüceyrələri – 60,52%-də, nəhənghüceyrəli reaksiya – 23,68%-də. Proliferasiya edən toxumaların nisbi həcmi 26,31% olmuşdur.

Downloads

Download data is not yet available.

Yayımlanıb

2022-03-04

Necə istinad edilir

Volos, L. (2022). YUMURTALIQLARIN PROLİFERASİYAEDİCİ MUSİNOZ SİSTOADENOMASI: “MORFOLOJİ” STRUKTURUNUN XÜSUSİYYƏTLƏRİ VƏ PROQNOZU. Azərbaycan Tibb Jurnalı, (4), 159–167. https://doi.org/10.34921/amj.2021.4.023

Nömrə

Bölmə

EKSPERİMENTAL VƏ NƏZƏRİ TƏBABƏT