YÜKSƏK RESİDİV RİSKİNƏ MALİK XORA MƏNŞƏLİ QASTRODUODENAL QANAXMA ZAMANI ANTİOKSİDANTLARIN TƏTBİQİ
DOI
https://doi.org/10.34921/amj.2023.1.015Açar sözlər
mədə və onikibarmaq bağırsağın xora xəstəliyi, residiv qanaxma, antioksidantXülasə
Məqalədə yüksək residiv riskinə malik xora mənşəli qastroduodenal qanaxmalar zamanı qlutationun təkrar qanaxma tezliyinə təsirinin araşdırılmasına dair tədqiqatın nəticələri təqdim edilmişdir. Rockall şkalası vasitəsilə yüksək residiv riskinə malik 55 xəstə seçilərək iki qrupa ayrılmışdır. Kontrol qrupunda (20 nəfər) yalnız protokollara uyğun standart terapiya aparılmış, əsas qrupda (35 nəfər) isə standart terapiyaya əlavə olaraq antioksidant preparat – qlutation tətbiq edilmişdir. Müalicədən sonrakı dövrdə xəstələrdə qanaxmanın residivi, stasionar müalicə günlərinin sayı, qan preparatlarının transfuziyasına ehtiyac və letallıq səviyyəsi qiymətləndirilmişdir. Tədqiqat nəticəsində aşkar edilmişdir ki, əsas qrupda eritrositar kütlənin transfuziyasına ehtiyac 32,48% (p<0,001), qanaxma residivi isə 20,46 % (p<0,05) az olmuşdur. Digər göstəricilər arasında statistik etibarlı fərq aşkar edilməmişdir.
Downloads
Endirin
Yayımlanıb
Necə istinad edilir
Nömrə
Bölmə
Lisenziya
Müəllif hüququ (c) 2023 Azərbaycan Tibb Jurnalı

Bu çalışma Creative Commons Attribution 4.0 International License ile lisenziyalanıb.


