KƏSKİN PANKREATİTLİ XƏSTƏLƏRDƏ KÖK HÜCEYRƏLƏRİN PATOGENETİK EFFEKTİVLİYİ

Müəlliflər

  • S.Y. Həsənova Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun

DOI

https://doi.org/10.34921/amj.2023.1.008

Açar sözlər

pankreatit, kök hüceyrələr, toksemiya, lipidlərin peroksidləşməsi, hemostaz

Xülasə

Kəskin pankreatitli 50 xəstə üzərində klinik tədqiqat aparılmışdır. Xəstələr müalicənin növündən asılı olaraq 2 qrupa bölünüb: birinci qrup (n=25) əsas müalicə almış; ikinci qrupa (n=25) (standart müalicə + hüceyrə terapiyasından ibarət kompleks terapiya) təyin edilmişdir. İşdə endotoksikozun intensivliyi, lipid peroksidləşməsinin aktivliyi, hemostaz sisteminin funksional vəziyyəti müəyyən edilmişdir. Məlum olub ki, kəskin pankreatitli xəstələrdə erkən dövrdə orqanizmin homeostazının funksional vəziyyətində əhəmiyyətli dəyişikliklər qeydə alınır: endogen toksikozun əmələ gəlməsi, lipidlərin peroksidləşməsinin aktivləşməsi, hemostaz sistemində əhəmiyyətli pozulmalar (hiperkoaqulyasiya şəklində) və hipofibrinoliz. Bu pozuntular müalicə növü ilə əlaqəli idi. Standart terapiyanın təyin edilməsi səmərəsiz olmuşdur və dəyişikliklər tədqiqatın sonuna qədər saxlanılmışdır. Kəskin pankreatitin dərman terapiyasına əlavə olaraq mezenximal kök hüceyrələrinin erkən istifadəsi homeostatik sistemin funksional vəziyyətini məqsədyönlü şəkildə bərpa etməyə imkan verir. Bu, əsas və kontrol qruplarda öyrənilən parametrlər arasında əhəmiyyətli fərqlə təsdiqlənir. Eyni zamanda, intoksikasiyanın şiddətinin, lipidlərin peroksidləşmə proseslərinin aktivliyinin və hemostaz sisteminin öyrənilməsində oxşar nəticələr qeydə alınıb.

Downloads

Download data is not yet available.

Yayımlanıb

2023-03-15

Necə istinad edilir

Həsənova, S. (2023). KƏSKİN PANKREATİTLİ XƏSTƏLƏRDƏ KÖK HÜCEYRƏLƏRİN PATOGENETİK EFFEKTİVLİYİ. Azərbaycan Tibb Jurnalı, (1), 52–58. https://doi.org/10.34921/amj.2023.1.008

Nömrə

Bölmə

KLİNİK TƏDQİQATLAR