DƏMİRDEFİSİTLİ ANEMİYASI OLAN QADINLARDA VİTAMİN-MİNERAL KOMPLEKSİ DƏYİŞİKLİKLƏRİNİN HAMİLƏLİYİN DÖVRÜNDƏN ASILILIĞI
DOI
https://doi.org/10.34921/amj.2023.1.007Açar sözlər
hamiləlik, dəmirdefisitli anemiya, vitaminlər, minerallarXülasə
Məqalədə dəmirdefisitli anemiyası (DDA) olan qadınlarda hamiləliyin müxtəlif trimestrlərində vitaminmineral kompleksinin dəyişiklilərini öyrənmək məqsədilə aparılmış tədqiqatın nəticələri haqqında məlumat verilmişdir. Bu məqsədlə reproduktiv yaşlı 131 qadının qanında vitamin-mineral kompleksinin əsas göstəriciləri hematoloji, biokimyəvi və immunoferment üsullarla analiz edilmişdir. Tədqiqatın kontingentini hamilə olmayan 21 nəfər praktik sağlam qadın (kontrol qrup), anemiyası olmayan 30 nəfər hamilə qadın (müqayisə qrupu) və DDA olan 80 nəfər hamilə qadın (əsas qrup) təşkil etmişdir. Məlum olmuşdur ki, müxtəlif ağırlıq dərəcəli DDA olan hamilə qadınların qanında hemoqlobinin qatılığının və eritrositlərin sayının azalması fonunda dəmirin və ferritinin qatılığı, fol turşusu, B12 və D vitaminlərinin konsentrasiyası azalır, kalsium, kalium və maqneziumun azalması istiqamətində dəyişiklik müşahidə edilir. Qeyd edilən dəyişikliklər anemiyanın ağırlıq dərəcəsindən və hamiləliyin davam müddətindən asılı olub, özünü müxtəlif klinik və laborator simptomlarla biruzə verir.
Downloads
Endirin
Yayımlanıb
Necə istinad edilir
Nömrə
Bölmə
Lisenziya
Müəllif hüququ (c) 2023 Azərbaycan Tibb Jurnalı

Bu çalışma Creative Commons Attribution 4.0 International License ile lisenziyalanıb.


