UŞAQLIĞIN XOŞXASSƏLİ PATOLOGİYALARI OLAN QADINLARDA REPRODUKTİV FUNKSİYA POZULMALARININ ÜMUMİ XARAKTERİSTİKASI
DOI
https://doi.org/10.34921/amj.2020.2.004Açar sözlər
uşaqlığın xoşxassəli patologiyaları, reproduktiv funksiya pozulmaları, özbaşına düşük, vaxtından əvvəl doğuşXülasə
Xəstəlik tarixlərinin araşdırılması əsasında uşaqlığında xoşxassəli patologiyalar olan qadınlarda reproduktiv funksiya pozulmalarının xarakterini araşdırmaq məqsədilə tədqiqat aparılmışdır. Xəstələr 3 qrupa bölünmüşdür: 1-ci qrup –anamnezində sonsuzluq olmayan xəstələr ( 138 qadın), 2-ci qrup – anamnezində birincili sonsuzluq olan xəstələr (154 qadın), 3 cü qrup – anamnezində ikincili sonsuzluq olan xəstələr (88 qadın). Tədqiqatın nəticələri göstərmişdir ki, risk qrupuna daxil olan xəstələrin əksəriyyətinin yaşı 34-dən artıqdır. Tədqiqat əsasında reproduktiv funksiyanın pozulmasına səbəb olan fibromioma, adenomioz, endometriumun hiperplaziyası, endometrium polipləri kimi xoşxassəli uşaqlıq patologiyalarının xüsusi xarakteristikası müəyyənləşdirilmişdir. Reproduktiv itkiləri və sonsuzluğu olan qruplarda fibromioma müvafiq surətdə 49,2%, 67,4% və 67,9%, adenomioz 26,6%, 9,0% və 23,2%, endometriumun hiperplaziyası – 33,9%, 11,8% və 40,2%, endometrium polipləri – 31,5%, 25,0% və 32,1% qadınlarda aşkar edilmişdir. Reproduktiv itkiləri olan qrupda xəstələrin 77,4%-də təkrarlanan uşaqsalmalar, ikincili sonsuzluğu olan qrupda isə qadınların 37,5%-də müalicə fonunda özbaşına düşüklər baş vermişdir
Downloads
Endirin
Yayımlanıb
Necə istinad edilir
Nömrə
Bölmə
Lisenziya
Müəllif hüququ (c) 2023 Azərbaycan Tibb Jurnalı

Bu çalışma Creative Commons Attribution 4.0 International License ile lisenziyalanıb.


