DIFFERENTIATED APPROACH TO THE TREATMENT OF THE ADHESIVE OBSTRUCTION
DOI:
https://doi.org/10.34921/amj.2020.2.002Keywords:
adhesive intestinal obstruction, laparoscopic dissection of adhesions, the small intestine intubationAbstract
Məqalədə bitişmələrin törətdiyi kəskin bağırsaq keçməzliyinin müalicə taktikasını fərqləndirmək və müalicə prosesində endovideolaparoskopik metodun rolunu aydınlaşdırmaq məqsədilə aparılmış tədqiqat işi haqqında məlumat verilir. Kəskin bitişmə keçməzliyi olan 2 qrupa bölünmüş 80 xəstənin müalicəsinin nəticələri araşdırılmışdır. Laparotomik yolla əməliyyat icra olunmuş 43 xəstə müqayisə qrupuna, təklif edilən diaqnostika-müalicə üsulunun tətbiqi ilə müalicə almış 37 xəstə əsas qrupa daxil edilmişdir. Bütün xəstələrdə nazik bağırsaq intubasiya edilmiş və bundan sonra dekompressiya, bağırsaqdaxili möhtəviyyatın selektiv dekontaminasiyası, enterosorbsiya, enteral zond vasitəsilə qidalandırılma aparılmışdır. Hər iki qrupdan olan pasiyentlərin müalicəsinin nəticələrini qiymətləndirdikdə aydın olmuşdur ki, laparoskopik metodun laparotomiyaya nisbətən müəyyən üstünlükləri vardır. İkinci qrupdakı xəstələrdə bağırsaq profilaktikası təxminən 2 dəfə sürətlə bərpa olunmuşdur. Leykositar intoksikasiya indeksi və qanda C-reaktiv zülalın qatılığı 5-ci günə qədər normallaşaraq müvafiq surətdə 0,5-ə və 110,3 mq/ml-ə bərabər olmuşdur. Birinci qrupun xəstələrindən 15 nəfərdə, ikinci qrupda isə 5 nəfərdə postoperasion ağırlaşma olmuş, letal nəticə isə müvafiq olaraq 7,0% və 2,7% müşahidə edilmişdir. Əməliyyatdan sonrakı 2 il ərzində birinci qrupda xəstələrin 35,3%-də, ikinci qrupda isə 5,4%-də bitişmə xəstəliyi residiv vermişdir.
Downloads
Downloads
Published
How to Cite
Issue
Section
License
Copyright (c) 2023 Azerbaijan Medical Journal

This work is licensed under a Creative Commons Attribution 4.0 International License.


