İDİOPATİK SKOLİOZLU XƏSTƏLƏRDƏ ONURĞANIN HORİZONTAL SƏTHDƏ DEFORMASİYA PARAMETRLƏRİNİN MİQDARİ QİYMƏTLƏNDİRİLMƏSİ ÜSULLARI
DOI
https://doi.org/10.34921/amj.2022.3.019Açar sözlər
idiopatik skolioz, deformasiya, rotasiya, torsiya, diaqnostikaXülasə
Məqalədə skolioz xəstəliyi olan şəxslərdə onurğanın horizontal səth üzrə deformasiyasının parametrlərini miqdari qiymətləndirmək üçün təklif edilən üsullara dair ədəbiyyat məlumatlarının sistemsiz xülayəsi verilmişdir. Çox tanınmış və praktik baxımdan əhəmiyyətli olan üsulların informativliyi və klinika üçün yararlılığı araşdırılmışdır.
Skolioz xəstələrinin kompleks müayinəsi üzrə müasir meyllər onurğanın horizontal səth boyunca deformasiyalarının miqdari cəhətdən qiymətləndirilməsi üçün istifadə edilə bilən yeni və daha informativ üsulların tətbiqindən ibarətdir ki, bu da texnologiyanın inkişafı və təkmilləşməsi ilə əlaqədardır. Qeyd etmək lazımdır ki, indiyə qədər anatomo-struktural və torsion dəyişikliklərin tədqiqinə kifayət qədər diqqət yetirilməmişdir. Rotasion-torzion dəyişikliklərin dinamikada qiymətləndirilməsindən alınan nəticələr skoliotik deformasiyaların müxtəlif tiplərinin prediktoru, konservativ və cərahi müalicənin efektivliyinin indikatoru kimi istifadə edilə bilər.
Downloads
Endirin
Yayımlanıb
Necə istinad edilir
Nömrə
Bölmə
Lisenziya
Müəllif hüququ (c) 2022 Azərbaycan Tibb Jurnalı

Bu çalışma Creative Commons Attribution 4.0 International License ile lisenziyalanıb.


