UŞAQLARDA KƏSKİN ÖVRƏ ZAMANI SİTOKİN STATUSU İLƏ BAĞIRSAQ MİKROBİOTLARININ SƏVİYYƏSİNİN QARŞILIQLI ƏLAQƏSİ

Müəlliflər

  • N.H. Sultanova Azərbaycan Tibb Universiteti
  • A.C. Şixəmmədova Azərbaycan Tibb Universiteti

DOI

https://doi.org/10.34921/amj.2022.3.008

Açar sözlər

kəskin övrə, uşaqlar, sitokinlər, mikrobiota

Xülasə

Məqalədə uşaqlarda kəskin övrə zamanı sitokin profili ilə bağırsaq mikrobiotlarının səviyyəsinin qarşılıqlı əlaqəsinin araşdırılması məqsədilə aparılmış tədqiqat işi  haqqında məlumat verilir. Tədqiqat qrupuna  kəskin övrə diaqnozu ilə xəstəxanaya daxil olan 80 uşaq, kontrol qrupa isə 20 praktik sağlam uşaq daxil edilmişdir. Tədqiqata cəlb edilmiş xəstə və sağlam uşaqlarda immun göstəricilər – qan serumunda    immunofermet analizi (İFA) metodu ilə IL-9, İL-17, TNF-b konsentrasiyası təyin edilmişdir. Bağırsaq mikrobiotlarının (bifidobacterium spp., E.Coli, B.fragilis, C.difficile, Lactobacillus spp., bakteriyaların ümumi sayı ) ekstraksiyası Qiagen firmasının manual izolyasiya reaktivi ilə aparılmışdır. Amplifikasiya CFX 96 cihazında ZPR metodu ilə icra edilmişdir. Tədqiqat göstərmişdir ki, xəstələrin qan serumunda IL-9 konsentrasiyası kontrol qrupdakına nisbətən 4 dəfə, IL-17 konsentrasiyası - 1,5 dəfə artmış, TNF-B  konsentrasiyasında kontrol qrupdakına nisbətən əhəmiyyətli fərq aşkar edilməmişdir. Əsas və kontrol qruplara daxil olan uşaqların yoğun bağırsağında müxtəlif mikroorqanizm toksinlərinin rastgəlmə tezliklərinin müqayisəsi zamanı bifidobacterium spp., E.Coli, B.fragilis mikroorqanizmləri üzrə fərqlər aşkar edilmişdir. Bağırsaq mikrobiotasınin dəyişiklikləri xəstələrə bağırsaq mikroflorasının pozuntularının korreksiyası üçün simbiotik preparatlar təyin etməyə əsas verir. Uşaqlarda kəskin övrə xəstəliyi zamanı müxtəlif sistemlərarası qarşılıqlı əlaqələr aşkar edilmişdir ki, onlar da kəskin övrə xəstəliyinin klinik əlamətləri, bağırsaq mikrobiotasının növləri və IL-9, IL-17 kimi iltihab əleyhinə təsir göstərən sitokinlərin yüksək səviyyələri arasındakı korrelyasiya əlaqələri müşahidə edilmişdir.

Downloads

Download data is not yet available.

Yayımlanıb

2022-09-30

Necə istinad edilir

Sultanova , N., & Şixəmmədova, . A. (2022). UŞAQLARDA KƏSKİN ÖVRƏ ZAMANI SİTOKİN STATUSU İLƏ BAĞIRSAQ MİKROBİOTLARININ SƏVİYYƏSİNİN QARŞILIQLI ƏLAQƏSİ. Azərbaycan Tibb Jurnalı, (3), 51–56. https://doi.org/10.34921/amj.2022.3.008

Nömrə

Bölmə

KLİNİK TƏDQİQATLAR