COVID-19 VƏ AĞCİYƏR ASPERGİLYOZU KOİNFEKSİYASININ KLİNİK-MORFOLOJİ ANALİZİ

Müəlliflər

  • B.M. Filenko Poltava Dövlət Tibb Universiteti
  • N.V. Royko Poltava Dövlət Tibb Universiteti
  • I.I. Starchenko Poltava Dövlət Tibb Universiteti
  • S.A. Proskurnya Poltava Dövlət Tibb Universiteti
  • D.Y. Nikolenko Poltava Dövlət Tibb Universiteti

DOI

https://doi.org/10.34921/amj.2022.2.023

Açar sözlər

koinfeksiya, invaziv aspergilyoz, COVID-19, ölümdənsonrakı diaqnostika

Xülasə

Məqalədə COVID-19-la assosiasiya etmiş ağciyər aspergilyozu olan və xəstənin həyatda olduğu dövrdə diaqnozu qoyulmayan praktik müşahidənin klinik-morfoloji analizinin nəticələri haqqında məlumat verilmişdir. COVID-19-la assosiasiya edən ağciyər aspergilyozu genis yayılmış ağırlaşmalardan biridir. Lakin bir çox hallarda ağciyər aspergilyozunun COVID-19-la assosiasiya etmiş forması həm klinik əlamətlərinin aydın olmamasına, həm də həkimlərin bu haqda məlumatsızlığına görə diaqnostikadan kənarda qalır. Müşahidə edilmiş xəstədə sağ ağciyərin aşağı hissəsində rentgenoloji müayinədə destruksiya əlamətlərinə malik infiltrat nəzərə çarpmışdır. Bu, bakterial infeksiya ilə əlaqəli destruktiv pnevmoniya kimi dəyərləndirilmişdir. Lakin xəstədə II tip şəkərli diabet olmasına baxmayaraq, aspergilyozu istisna etmək üçün əlavə müayinə metodları tətbiq edilməmişdir. Bundan əlavə, Aspergilis tipli göbələkciklərin ağciyər toxumasına daxil olmasına bronxial epitelin qoruyucu xassəsinin pozulması və ozeltamivir tipli dərman preparatlarının təsiri də şərait yarada bilər. Müəlliflərin fikrincə, COVID-19-un diaqnostika, müalicə və profilaktika strategiyasının hazırlanması zamanı invaziv ağciyər aspergilyozunun yaranması riski olan xəstələrdə bu xəstəliklərin qarşılıqlı təsirinin tədqiqinin əhəmiyyəti vardır.

Downloads

Download data is not yet available.

Yayımlanıb

2022-06-30

Necə istinad edilir

Filenko , B., Royko , N., Starchenko , I., Proskurnya , S., & Nikolenko , D. (2022). COVID-19 VƏ AĞCİYƏR ASPERGİLYOZU KOİNFEKSİYASININ KLİNİK-MORFOLOJİ ANALİZİ. Azərbaycan Tibb Jurnalı, (2), 145–150. https://doi.org/10.34921/amj.2022.2.023

Nömrə

Bölmə

KLİNİK PRAKTİKADAN MƏLUMAT