TƏKMƏRKƏZLİ TƏDQİQATDA DEVİD VƏ BENTALL ƏMƏLİYYATLARININ ERKƏN POSTOPERASİON NƏTİCƏLƏRİNİN MÜQAYİSƏSİ
DOI
https://doi.org/10.34921/amj.2022.2.014Açar sözlər
hemodinamika, postoperasion nəticələr, Devid operasiyası, Bentall operasiyasıXülasə
Məqalədə Bentall və Devid operasiyalarının effektivliyinin müqayisəli qiymətləndirilməsinə dair tədqiqatın nəticələri şərh edilmişdir. Tədqiqat 2019-cu ildən 2021-ci ilə qədər Ukrayna Sağlamlıq Nazirliyi Ürək İnstitutunda planlı urgent qaydada cərrahi müdaxilə edilmiş 55 xəstə üzərində erkən postoperasion dövrdə ürəyin funksional vəziyyətinə və sistem hemodinamikaya nəzarət etmək yolu ilə aparılmışdır. Operativ müalicənin hansı növünün (Devid və ya Bentall üsulu) aparılmasından asılı olmayaraq, qənaətbəxş nəticələr əldə edilmişdir. Yəni postoperasion ölüm sıfır səviyyəsində olmuş və təkrari müdaxiləyə ehtiyac olmamışdır. Bundan əlavə, xəstələrdə ağciyərlərin süni ventilyasiyasının və intensiv terapiya şöbəsində qalma müddətinin uzunluqları arasında statistik etibarlı fərq aşkar edilməmişdir. Lakin Devid üsulu ilə operasiya edilmiş pasiyentlərin xəstəxanada qalma müddəti orta hesabla 20,9 (8-35) günə bərabər olduğu halda, Bentall üsulu ilə cərrahi müalicə edilən xəstələrin stasionar müalicə müddəti 24,7 (10-40) gün olmuşdur, yəni birinci qrupun müvafiq göstəricisi ikincidən statistik baxımdan etibarlı səviyyədə azdır.
Downloads
Endirin
Yayımlanıb
Necə istinad edilir
Nömrə
Bölmə
Lisenziya
Müəllif hüququ (c) 2022 Azərbaycan Tibb Jurnalı

Bu çalışma Creative Commons Attribution 4.0 International License ile lisenziyalanıb.


