İŞEMİK İNSULT OLAN XƏSTƏLƏRDƏ YUXU ARTERİYALARININ STRUKTUR DƏYİŞİKLİKLƏRİNİN ULTRASƏS MÜAYİNƏSİ
DOI
https://doi.org/10.34921/amj.2021.4.001Açar sözlər
ultrasəs müayinəsi, doppleroqrafiya, işemik insult, yuxu arteriyasının aterosklerozu, karotid stenozXülasə
Məqalədə yaşı 60-a qədər olan, işemik insult keçirmiş xəstələrdə aparılan ultrasəs müayinələrinin nəticələri haqqında məlumat verilmişdir. Xəstələrin yuxu arteriyalarının divarlarında müxtəlif növ aterosklerotik düyünlərin rastgəlmə tezliyi müəyyənləşdirilmişdir. Ümumi yuxu arteriyasında (ÜYA) arteriya divarının lokal və ya diffuz şəkilli qalınlaşması xəstələrin 83,8%-də (63 nəfər) aşkar edilmişdir. Xəstələrdən 23 nəfərdə (31,1%) ÜYA-nın stenozlaşma səviyyəsi 31-50%, 19 nəfərdə (25,7%) – 51-70%, 80 nəfərdə (10,5%) isə 70%-dən artıq olmuşdur.
Xəstələrdən 7 nəfərdə (9,5%) yumşaq aterosklerotik düyün, 17 nəfərdə (23%) ÜYA divarının kalsifikasiyası olmuşdur, bunlardan 15 nəfərdə stenoz arteriya mənfəzinin 31-50%-ni əhatə edirdi. ÜYA mənfəzinin 50% və daha artıq daralmasına səbəb olan iri aterosklerotik düyünlərə xəstələrdən 19 nəfərdə (25,7%) rast gəlinmişdir. 8 nəfər insultlu xəstədə (10,8%) xoralanmış aterosklerotik düyün aşkar edilmişdir ki, bu da müqayisə qrupundakına nisbətən statistik əhəmiyyətli dərəcədə çoxdur.


