KƏSKİN MİOKARD İNFARKTININ MEXANİKİ AĞIRLAŞMALARININ EXOKARDİOQRAFİK DİAQNOSTİKASI

Müəlliflər

  • R.Ya. Abdullayev Xarkov Diplomdansonrakı Tibb Akademiyası
  • F.İ. Kulikova Dnipro Dövlət Tibb Universiteti
  • P.O. Korol P.L.Şupik ad. Ukrayna Milli Səhiyyə Universiteti
  • S.V. Abramov Dnepr Ənənəvi və Qeyri-Ənənəvi Təbabət İnstitutu
  • T.A. Dudnik Ukrayna Tibbi Stomatologiya Akademiyası
  • M.F. Posoxov Ukrayna Milli Tibb Elmləri Akademiyası
  • A.Q. Kiriçenko Dnepr Ənənəvi və Qeyri-Ənənəvi Təbabət İnstitutu
  • A.S. Skoromnaya
  • O.V. Priqorneva

DOI

https://doi.org/10.34921/amj.2022.2.002

Açar sözlər

kəskin miokard infarktı, exokardioqrafiya, miokard infarktının mexaniki ağırlaşmaları

Xülasə

Məqalədə kəskin miokard infarktının (Mİ) mexaniki ağırlaşmalarının exokardioqrafiya vasitəsilə qiymətləndirilməsinin nəticələri təqdim edilir. Tədqiqat 95 xəstə üzərində aparılmışdır. Ürək kameralarının trombozu 37(38,9±5,0%) xəstədə, papilyar əzələnin yırtılmasına görə olan mitral requrqitasiya (MR) 14 (14,7±3,6%), papilyar əzələnin yırtılmasına görə olmayan MR  31 (32,6±4,8%), sol mədəciyin (SM) sərbəst divarının yırtılması 4 (4,2±2,1%), SM anevrizması 9 (9,5±3,0%), perikardial efüzyon 11 (11,6±3,3%), mədə­cik­lərarası arakəsmənin (MAA) yırtılması 6 (6,3±2,5%), Dressler sindromu 4 (4,2±2,1%), ağciyər arteriya­sı­nın emboliyası (AAE) 6 (6,3±2,5%), SM diastolik disfunksiyası 36 (37,9± 5.0%) xəstədə müşahidə edilmişdir.

Q dişciyinin və  ST seqmentinin yüksəlməsi ilə keçən infarkt zamanı MR və ürək kameralarının trombozu Q dişciksiz infarkta nisbətən yüksək etibarlılıqla (p<0,001) daha tez-tez baş verir. MAA-nın və SM-nin sərbəst divarının cırılmasına, SM anevrizmasına, Dresler sindromuna Q dalğasız infarkt olan  xəstələrdə rast gəlinməyib. SM anevrizması və perikardial efüzyon ön divarın infarktı zamanı arxa divarın infarktına nisbətən daha tez-tez baş verir (p<0,05 və p<0,01).

Downloads

Download data is not yet available.

Yayımlanıb

2022-06-30

Necə istinad edilir

Abdullayev , R., Kulikova , F., Korol , P., Abramov , S., Dudnik , T., Posoxov , M., … Priqorneva , O. (2022). KƏSKİN MİOKARD İNFARKTININ MEXANİKİ AĞIRLAŞMALARININ EXOKARDİOQRAFİK DİAQNOSTİKASI. Azərbaycan Tibb Jurnalı, (2), 14–21. https://doi.org/10.34921/amj.2022.2.002

Nömrə

Bölmə

KLİNİK TƏDQİQATLAR