TAC TİKİŞ VORMİ SÜMÜYÜNÜN METOPİK KƏLLƏDƏ NADİR VARİANTI

Müəlliflər

  • V.B. Şadlinski Azərbaycan Tibb Universiteti
  • A.S. Abdullayev Azərbaycan Tibb Universiteti

DOI

https://doi.org/10.34921/amj.2021.3.020

Açar sözlər

tac tikiş, Vormi sümükləri, metopik kəllə

Xülasə

Məqalədə tac tikiş Vormi sümüyünün metopik kəllədə rast gəlinməsinin öyrənilməsi  məqsədilə aparılmış tədqiqat işi haqqında məlumat verilmişdir.

198 kəllədə kranioskopik metodun köməyi ilə daimi metopik tikişin və tac tikiş Vormi sümüyünün eyni zamanda rast gəlməsi tədqiq edilmiş, yalnız bir kəllədə bu hal aşkarlanmışdır. Kraniometrik və kompyuter tomoqrafiyası metodunun tətbiqi ilə həmin kəllə öyrənilmişdir.

Tədqiqat nəticəsində I yetkinlik dövrünə (22-35 yaş) aid kişi kəlləsində tac tikişdə solda 1 Vormi sümüyü müəyyən olunmuşdur ki, onun ön-arxa ölçüsü 10,50 mm, eni 11,83 mm təşkil etmişdir. Metopik tikişin uzunluğu 99,95 mm-ə bərabər olmuşdur. Metopik tikiş tam olmuş, yəni nazion və breqma kraniometrik nöqtələri arasında yerləşmişdir. Ənsə nahiyəsinin yastılaşması kəllədə ənsə deformasiyasının olduğunu aşkarlamağa imkan vermişdir. Kəllədə eyni zamanda lambdayabənzər tikişdə, solda 3, sağda isə 5 Vormi sümüyü aşkarlanmışdır. Bazal normada, əsas sümüyü tininin çox uzun olması və çıxıntı əmələ gətirməsi nəzərə çarpmışdır. Bu çıxıntının sağda uzunluğu 8,65 mm, əsasında eni 5,66 mm, zirvəsində eni 2,14 mm, əsas sümüyü tininin solda əmələ gətirdiyi çıxıntının uzunluğu 6,33 mm, əsasında eni 6,39 mm, zirvəsində eni 1,37 mm olmuşdur.

Downloads

Download data is not yet available.

Endirin

Yayımlanıb

2021-09-30

Necə istinad edilir

Şadlinski , V., & Abdullayev , A. (2021). TAC TİKİŞ VORMİ SÜMÜYÜNÜN METOPİK KƏLLƏDƏ NADİR VARİANTI. Azərbaycan Tibb Jurnalı, (3), 147–151. https://doi.org/10.34921/amj.2021.3.020

Nömrə

Bölmə

EKSPERİMENTAL VƏ NƏZƏRİ TƏBABƏT