HSP70 VƏ HSP90 ZÜLALLARININ ENDOMETRİUM KARSİNOMALARININ İNKİŞAFINDA ROLU
DOI
https://doi.org/10.34921/amj.2021.3.019Açar sözlər
istilik şoku zülalları, endometrium xərçəngi, uşaqlıq xərçəngiXülasə
HSP70 və HSP90 tipli istilik şoku zülallarının endometrium karsinomalarının (endometriumun endometrioid karsinoması, endometriumun seroz karsinoması, endometriumun şəffafhüceyrəli karsinoması) inkişafında rolunu və onların estrogen və progesteron reseptorları ilə əlaqəsini, həmçinin proliferasiya və apoptoz aktivliyində rolunu öyrənmək məqsədilə tədqiqat aparılmışdır. HSP70, HSP90, estrogenlər (ES), progesteron (PR), Ki-67 və p53 zülallarının immunhistokimyəvi analizi məqsədilə endometrium karsinoması şişinin 40 nümunəsi (endometrioid karsinoma – 20, seroz və şəffafhüceyrəli karsinoma – hər birindən – 10) tədqiq edilmişdir.Müqayisə üçün 10 nəfər uşaqlıq leyomioması olan qadının normal toxumasından istifadə edilmişdir.
HSP70 və HSP90 zülallarının ekspressiyasına həm normal, həm də şiş toxumalarının hər birində rast gəlinmişdir. Neoplastik transformasiya, şişin diferensiasiyası və xərçəng hüceyrələrinin anaplaziyasının sürətlənməsi HSP70 və HSP90 zülalları ekspressiyasının intensivliyinin artımı ilə müşayiət edilmiş, bu zaman reseptor-müsbət hüceyrələrin sayı artmış, nüvə patterninin sitoplazmatik əlamətlərə nisbətən üstünlüyü müşahidə edilmişdir (p<0,05). HSP70 və HSP90 zülallarının eyni vaxtda və eyni istiqamətdə aktivləşməsi şiş hüceyrələrində ES və PR ekspressiyasından asılı olmamışdır.
Beləliklə, alınmış nəticələr HSP70 vəHSP90 zülallarının endometrium karsinomasının inkişafında rolunu sübut edir. Onların şiş hüceyrələrindəki ekspressiyasının artması proliferativ aktivliyin güclənməsi, p53-ün ekspressiyası və hüceyrə anaplaziyası ilə korrelyasiya edir. HSP70 və SP90-ın ekspressiyasının variabelliyi onlardan diaqnostik məqsədlə istifadə edilə biləcəyini və müalicə sxeminin fərdiləşdirilməsində əhəmiyyətini sübut edir.
Downloads
Endirin
Yayımlanıb
Necə istinad edilir
Nömrə
Bölmə
Lisenziya
Müəllif hüququ (c) 2022 Azərbaycan Tibb Jurnalı

Bu çalışma Creative Commons Attribution 4.0 International License ile lisenziyalanıb.


