ƏLVERİŞSİZ ŞƏRAİTDƏ ORTODONTİK KORREKSİYA

Müəlliflər

  • İ.V. Kovaç Dnipro Dövlət Tibb Universiteti
  • V.Yu. Filimonov M.İ.Piroqov adına Vinnitsa Milli Tibb Universiteti
  • Ya.V. Lavrenyuk Dnipro Dövlət Tibb Universiteti
  • S.A. Filimonova M.İ.Piroqov adına Vinnitsa Milli Tibb Universiteti
  • N.B. Qreçko Xarkov Milli Tibb Universiteti
  • M.V. Tkaçenko Xarkov Milli Tibb Universiteti

DOI

https://doi.org/10.34921/amj.2021.3.018

Açar sözlər

mikrosirkulyator hövzə, çıxarılmayan ortodontik texnika, işemiya

Xülasə

Məqalədə müəlliflərin təklif etdiyi Z-şəkilli konstruksiyanın ağız boşluğunun mikrosir­kulyasiyasına təsirini ənənəvi çıxarılmayan ortodontik texnikanın (ÇOT) təsiri ilə müqayisə etmək məqsədilə aparılmış tədqiqat işi haqqında məlumat verilmişdir.

Tədqiqat 32 baş adadovşanı üzərində aparılmışdır. Təcrübə heyvanları intakt, düz qövsə ənənəvi ÇOT tətbiq edilmiş və Z-şəkilli breket-sistem konstruksiyasından istifadə edilmiş qruplara bölün­müş­dür. Heyvanlar 5-ci və 20-ci günlərdə eksperimentdən çıxarılmış və paradont toxumaları morfoloji tədqiqata cəlb edilmişdir.

Tədqiqatdan aydın olmuşdur ki, düz qövsünə  ÇOT tətbiq edilmiş eksperimental qrupda 20 gün ərzində arteriolların diametrinin 13,34±0,61х10-6 м-ə qədər (intakt heyvanlarda – 23,12±0,45 х10-6 м) azaldığı halda, z-şəkilli konstruksiya tətbiq edilmiş heyvanlarda ocaqlı işemik zədələnmə baş verməmişdir və arteriolların diametri 22,14±0,91х10-6 м səviyyəsində olmuşdur, yəni intakt qrupun heyvanlarında olan ölçülərdən əhəmiyyətli fərqlənməmişdir.

ÇOT üsulunun tətbiqi paradontun mikrosirkulyasiya hövzəsinin dərin dəyişikliklərinə səbəb olur ki, bu da toxumaların işemiyaya uğramasının və zədələnməsinin əsas səbəblərindən biridir. Z-şəkilli ŞOT-un tətbiqi mikrosirkulyator sahənin vəziyyətinə mənfi təsiri azaldır və eksperimentin 20-ci günündə işemiya sahəsinin 31,79±3,88 х10-6 м-dən 12,03±1,22 х10-6 м-ə qədər azalmasına səbəb olur (p<0,05).

Downloads

Download data is not yet available.

Yayımlanıb

2021-09-30

Necə istinad edilir

Kovaç, . İ.V., Filimonov , V., Lavrenyuk , Y., Filimonova, . S., Qreçko , N., & Tkaçenko , M. (2021). ƏLVERİŞSİZ ŞƏRAİTDƏ ORTODONTİK KORREKSİYA. Azərbaycan Tibb Jurnalı, (3), 129–135. https://doi.org/10.34921/amj.2021.3.018

Nömrə

Bölmə

EKSPERİMENTAL VƏ NƏZƏRİ TƏBABƏT