MƏDƏ ÇIXACAĞI XƏRÇƏNGİNİN DİAQNOSTİKASINDA DOPPLEROQRAFİYANIN ROLU

Müəlliflər

  • R.Ya. Abdullayev Xarkov Diplomdansonrakı Tibb Akademiyasının Ultrasəs müayinəsi kafedrası
  • İ.V. Krijanovskaya Xarkov Diplomdansonrakı Tibb Akademiyasının Ultrasəs müayinəsi kafedrası
  • F.İ Kulikova Dnepr Ənənəvi və Qeyri-Ənənəvi Təbabət İnstitutu
  • S.V. Abramov Dnepr Ənənəvi və Qeyri-Ənənəvi Təbabət İnstitutu
  • A.Q. Kiriçenko Dnepr Ənənəvi və Qeyri-Ənənəvi Təbabət İnstitutu
  • S.F. Aqarkov Dnepr Ənənəvi və Qeyri-Ənənəvi Təbabət İnstitutu
  • İ.G. Başta Dnepr Ənənəvi və Qeyri-Ənənəvi Təbabət İnstitutu
  • E.V. Priqorneva Dnepr Ənənəvi və Qeyri-Ənənəvi Təbabət İnstitutu

DOI

https://doi.org/10.34921/amj.2021.4.009

Açar sözlər

ultrasəs müayinəsi, doppleroqrafiya, mədə çıxacağınin xərçəngi

Xülasə

Məqalədə mədə çıxacağı nahiyəsinin xərçənginin diaqnostikasında və bu xəstəliyin eyni lokalizasiyalı mədə xorası ilə diferensial diaqnostikasında rolunu müəyyən etmək məqsədilə aparılmış tədqiqat işi haqqında məlumat verilmişdir. Biopsiya materialının histoloji tədqiqi əsasında mədə xərçəngi diaqnozu qoyulmuş 47 xəstənin müayinə materialları araşdırılmışdır. Onlardan 7 nəfərdə xərçəng şişi T4 mərhələsində olmuşdur. Ultrasəs müayinəsi (USM) ilə multidetektor kompyuter tomoqrafiyasının (MDKT) nəticələri müqayisə edilmişdir. MDKT müayinəsində T2 mərhələli xərçəng diaqnozu (7 müvafiq diaqnozlu xəstədən 6 nəfərdə (85,7±13,2%), T3 mərhələ – 29 nəfərdən 27-də (93,1±4,7%), T4 mərhələ – 11 nəfərdən 10-da (90,9±8,7%) aşkar edilmişdir. USM müayinəsində isə adı çəkilən diaqnoz müvafiq olaraq 5 (71,4±17,1%), 26 (89,6±5,7%) və 9 (81,8±11,6%) pasiyentdə təsdiq edilmişdir. Pasiyentlərdən 29 nəfərə pilorostenoz diaqnozu qoyulmuşdur ki, onlardan da 4 nəfərdə proses kompensasiya, 16 nəfərdə subkompensasiya, 9 nəfərdə isə dekompensasiya mərhələsində idi. Dekompensasiyalı pilorostenozu olan xəstələrdən 7 nəfərdə mədə çıxacağı kanalının mərkəzini yalnız energetik doppler rejimində həyata keçirilən funksional ultrasonoqrafiya vasitəsilə görüntüləmək mümkün olmuşdur. Qastroduodenal arteriyada qan cərəyanının sistolik sürəti T2 mərhələli mədə xərçəngi olan pasiyentlərdə 92±6 sm/san, mədə xorası olanlarda 63±6 sm/san (p<0,001), sağlam şəxslərdə 35±6 sm/san (p<0,001), arteriyanın qarın şaxəsində isə müvafiq olaraq 108±7 sm/san, 94±6 sm/san və 78±6 sm/san (p<0,01) olmuşdur. Açar sözlər: ultrasəs müayinəsi, doppleroqrafiya, mədə çıxacağınin xərçəngi

Downloads

Download data is not yet available.

Yayımlanıb

2022-03-04

Necə istinad edilir

Abdullayev, R., Krijanovskaya, İ.V., Kulikova, F., Abramov, S., Kiriçenko, A., Aqarkov, S., … Priqorneva, E. (2022). MƏDƏ ÇIXACAĞI XƏRÇƏNGİNİN DİAQNOSTİKASINDA DOPPLEROQRAFİYANIN ROLU. Azərbaycan Tibb Jurnalı, (4), 57–63. https://doi.org/10.34921/amj.2021.4.009

Nömrə

Bölmə

KLİNİK TƏDQİQATLAR