PANSİTOPENİYA İLƏ MÜŞAYİƏT OLUNAN ANEMİYANIN DİAQNOSTİK VƏ MÜALİCƏVİ XÜSUSİYYƏTLƏRİ
DOI
https://doi.org/10.34921/amj.2026.2.032Açar sözlər
pansitopeniya üçün diaqnostik yanaşma, periferik qan yaxması, axın sitometriyası üsulu ilə retikulosit sayımıXülasə
Məqalədə müəlliflərin klinik praktikada 64 yaşlı kişi pasiyentdə müşahidə etdikləri ağır anemiyanın və pansitopeniyanın diferensial diaqnostikasının və müalicəsinin xüsusiyyətləri haqqında məlumat verilmiş, ümumi terapevtik praktikada mövcud olan diaqnostik vasitələrin imkanları təhlil edilmişdir. Göstərilir ki, anemiyanın növünü və pansitopeniyanın səbəbini dəqiqləşdirmək üçün Fe, B12, B9 çatışmazlığını, aplastik anemiyanı, qanitirməni, mielodisplastik sindromu, leykozları, bəzi autoimmun və infeksion xəstəlikləri, sümük iliyinə metastazları, intoksikasiyaları, eritrositlərin hemolizini təsdiq və ya inkar etmək lazımdır. Müəlliflərin fikrincə, anemiya və pansitopeniyanın diferensial diaqnostikası zamanı periferik venoz qanın ümumi analizində müşahidə olunan sitopenik dəyişikliklərlə periferik qan yaxması, axın sitometriyası üsulu ilə retikulosit sayımı, instrumental müayinələrin nəticələri və spesifik klinik əlamətlər arasında tez-tez uyğunsuzluq yaranır. Bu halda diaqnostik qərarın etibarlılığı üçün hər bir metodun güclü və zəif tərəfləri nəzərə alınmalı və ehtimal olunan diaqnozu dəstəkləyən və ya inkar edən bütün arqumentlər sistemli şəkildə interpretasiya edilməlidir. Belə kompleks yanaşma diaqnostik dəqiqliyi artırır və müalicə strategiyasının rasional seçiminə zəmin yaradır.Downloads
Download data is not yet available.
Endirin
Yayımlanıb
2026-07-26
Necə istinad edilir
Süleymanov, Z., & Süleyman, N. (2026). PANSİTOPENİYA İLƏ MÜŞAYİƏT OLUNAN ANEMİYANIN DİAQNOSTİK VƏ MÜALİCƏVİ XÜSUSİYYƏTLƏRİ. Azərbaycan Tibb Jurnalı, (2), 189–195. https://doi.org/10.34921/amj.2026.2.032
Nömrə
Bölmə
PRAKTİK HƏKİMƏ KÖMƏK
Lisenziya
Müəllif hüququ (c) 2026 Azərbaycan Tibb Jurnalı

Bu çalışma Creative Commons Attribution 4.0 International License ile lisenziyalanıb.


