AZƏRBAYCAN POPULYASİYASINDA α-QLOBİN GEN MUTASİYALARI VƏ ONLARIN FENOTİPİK TƏZAHÜRÜ
DOI
https://doi.org/10.34921/amj.2026.2.022Açar sözlər
mutasiya, genotip, fenotip, talassemiyaXülasə
Məqalədə α-talassemiya mutasiyalarının Azərbaycan üçün xarakterik olan genotiplərinin müəyyən edilməsi və onların fenotipik xüsusiyətlərinin aşkarlanması məqsədilə aparılmış tədqiqat işinin nəticələri təqdim edilmişdir. Tədqiqat qrupuna 307 xəstə daxil edilmişdir (166 nəfərdə α-talassemiyanın HbH forması, 133 nəfərdə αtalassemiya daşıyıcılığı, 8 nəfərdə α- və β-talassemiya gen mutasiyalarının kompaundluğu olmuşdur). Bu şəxslərdə dot-blot hibriditasiya və sekvenləşmə metodları ilə 16 α-talassemik mutasiya aşkarlanmışdır ki, bunların da əsas hissəsi (81%) delesiya tipli olmuşdur. Xəstələrdə delesion və qeyri-delesion allellər və onların β-gen mutasiyalarla kombinasiyası nəticəsində törənən müxtəlif genotiplər aşkar edilmişdir. HbH xəstələrində 20 fərqli genotip müəyyən edilmişdir ki, bunların arasında ən çox rast gəlinən delesion mutasiyalar (--/-α) olmuşdur və bu, 110 xəstədə müşahidə edilmişdir. Bu səbəbdən xəstəlik çox vaxt yüngül klinik gedişlə təzahür etmişdir. α- və β-talassemiya mutasiyalarının yanaşı ötürülməsi hallarında həm laborator göstəricilərdə, həm də xəstəliyin klinik gedişində dəyişikliklər müşahidə edilmişdir ki, bu da diaqnozun düzgün qoyulmasını çətinləşdirir.Downloads
Download data is not yet available.
Endirin
Yayımlanıb
2026-07-26
Necə istinad edilir
Məmmədova, T., Cəfərova, X., Əliyeva, G., Ağayev, A., Qafarova, S., & Abbasova, Ü.M. (2026). AZƏRBAYCAN POPULYASİYASINDA α-QLOBİN GEN MUTASİYALARI VƏ ONLARIN FENOTİPİK TƏZAHÜRÜ. Azərbaycan Tibb Jurnalı, (2), 133–139. https://doi.org/10.34921/amj.2026.2.022
Nömrə
Bölmə
GİGİYENA, EPİDEMİOLOGİYA VƏ SƏHİYYƏ TƏŞKİLİ
Lisenziya
Müəllif hüququ (c) 2026 Azərbaycan Tibb Jurnalı

Bu çalışma Creative Commons Attribution 4.0 International License ile lisenziyalanıb.


