AZƏRBAYCAN RESPUBLİKASINDA DAĞINIQ SKLEROZUN EPİDEMİOLOJİ GÖSTƏRİCİLƏRİNİN REGİONLARARASI FƏRQLƏRİ
DOI
https://doi.org/10.34921/amj.2026.2.018Açar sözlər
Azərbaycan, iqtisadi rayonlar, dağınıq skleroz, xəstələnmə, yayılmaXülasə
Tədqiqatda Azərbaycanın iqtisadi rayonları üzrə dağınıq sklerozla (DS) xəstələnmə və yayılma göstəricilərinin regionlararası fərqləri öyrənilmişdir. 2013-2022-ci illər ərzində Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Nevroloji Mərkəzində DS diaqnozu qoyulmuş və ya diaqnozu yenidən təsdiqlənmiş 1796 pasiyent müayinə olunmuşdur. Yaşa görə standartlaşdırılmış təhlil zamanı statistik baxımdan əhəmiyyətli regionlararası fərqlər aşkar edilmişdir. Ən yüksək xəstələnmə göstəriciləri Dağlıq Şirvan və Şərqi Zəngəzurda – müvafiq olaraq 100000 əhaliyə 1,95 və 1,92 qeydə alınmışdır; cüt müqayisələrdə isə Şərqi Zəngəzur bir sıra iqtisadi rayonlardan statistik baxımdan əhəmiyyətli dərəcədə fərqlənmişdir. DS-in ən yüksək yayılması Bakı və Şərqi Zəngəzurda – 100000 əhaliyə 24,77 və 24,40, ən aşağı yayılması isə Naxçıvanda – 100000 əhaliyə 9,73 səviyyəsində müəyyən edilmişdir. DS-dən ölüm göstəricisi son dərəcə aşağı səviyyədə qalmış və orta hesabla 100000 əhaliyə 0,04 təşkil etmişdir.Downloads
Download data is not yet available.
Endirin
Yayımlanıb
2026-07-26
Necə istinad edilir
Əliyev, R. (2026). AZƏRBAYCAN RESPUBLİKASINDA DAĞINIQ SKLEROZUN EPİDEMİOLOJİ GÖSTƏRİCİLƏRİNİN REGİONLARARASI FƏRQLƏRİ. Azərbaycan Tibb Jurnalı, (2), 109–116. https://doi.org/10.34921/amj.2026.2.018
Nömrə
Bölmə
GİGİYENA, EPİDEMİOLOGİYA VƏ SƏHİYYƏ TƏŞKİLİ
Lisenziya
Müəllif hüququ (c) 2026 Azərbaycan Tibb Jurnalı

Bu çalışma Creative Commons Attribution 4.0 International License ile lisenziyalanıb.


