ŞƏKƏRLİ DİABET FONUNDA XRONİK BÖYRƏK XƏSTƏLİYİNDƏN ÖLÜM RİSKİNİN REGİONAL XÜSUSİYYƏTLƏRİ
DOI
https://doi.org/10.34921/amj.2026.2.016Açar sözlər
şəkərli diabet, regional xüsusiyyət, ölüm riski, xronik böyrək xəstəliyiXülasə
Məqalədə Azərbaycanda şəkərli diabet fonunda xronik böyrək xəstəliyindən (XBX) ölüm səviyyəsini qiymətləndirmək, ölüm riskinin demoqrafik, tibbi-sosial və regional xüsusiyyətlərini müəyyənləşdirmək məqsədilə aparılmış tədqiqat işi haqqında məlumat verilmişdir. Bu məqsədlə əhalinin 2023-cü il ərzində diabet fonunda xronik böyrək xəstəliyindən bütün ölüm halları təhlil edilmişdir. Qruplaşdırma cinsiyyətə, yaşa, təhsilə və yaşayış yerinə görə aparılmışdır. Tədqiqat göstərmişdir ki, Azərbaycanda şəkərli diabet fonunda XBX-dən ölüm səviyyəsi hər 100 min nəfərə 1,01±0,10 olmuşdur. Göstərici kişilər arasında hər 100 min nəfərə 0,97±0,14, qadınlar arasında isə 1,06±0,14 təşkil etmişdir. Ölüm səviyyəsi təhsil səviyyəsindən asılı olaraq hər 100 min nəfərə 0,55±0,27– 1,68±0,18, yaşdan asılı olaraq 0-6,48±1,18 intervalında dəyişmişdir. Regional baxımdan ən yüksək göstəricilər Mil-Muğan (3,27±0,79), Gəncə-Daşkəsən (3,02±0,71) və Qarabağ iqtisadi rayonlarında qeydə alınmışdır. Beyləqan və Ağcabədi rayonlarında yüksək nisbi risk müəyyən edilmişdir. Beləliklə Azərbaycanda Şəkərli diabet fonunda XBX-dən ölüm riskinin yaş, təhsil və regionlardan əhəmiyyətli dərəcədə asılı olduğu müəyyən edilmişdir. Ölüm riskinin regional dəyişkənliyi səhiyyə xidmətlərinin əlçatanlığı və risk amillərinin regional xüsusiyyətləri ilə əlaqəli ola bilər.Downloads
Download data is not yet available.
Endirin
Yayımlanıb
2026-07-26
Necə istinad edilir
Bayramov, A. (2026). ŞƏKƏRLİ DİABET FONUNDA XRONİK BÖYRƏK XƏSTƏLİYİNDƏN ÖLÜM RİSKİNİN REGİONAL XÜSUSİYYƏTLƏRİ. Azərbaycan Tibb Jurnalı, (2), 95–101. https://doi.org/10.34921/amj.2026.2.016
Nömrə
Bölmə
GİGİYENA, EPİDEMİOLOGİYA VƏ SƏHİYYƏ TƏŞKİLİ
Lisenziya
Müəllif hüququ (c) 2026 Azərbaycan Tibb Jurnalı

Bu çalışma Creative Commons Attribution 4.0 International License ile lisenziyalanıb.


