UŞAQLARDA RESİDİVLƏŞƏN RESPİRATOR İNFEKSİYA ZAMANI MİKROBİOTANIN İMMUN SİSTEMƏ TƏSİRİ

Müəlliflər

  • M.K. Kərimova Azərbaycan Tibb Universitetinin II Uşaq xəstəlikləri kafedrası
  • E.Ə. Müseyibov Tovuz Mərkəzi Xəstəxanası
  • N.S. Sultanova Daşkənd Dövlət Tibb Universitetinin I Uşaq xəstəlikləri propedevtikası kafedrası

DOI

https://doi.org/10.34921/amj.2026.2.010

Açar sözlər

residivləşən respirator infeksiyalar, immun sistem, disbioz, yuxarı tənəffüs yolları

Xülasə

Məqalədə residivləşən respirator infeksiya (RRİ) keçirən uşaqlarda bağırsaq və yuxarı tənəffüs yollarının mikroflorasının vəziyyətini və onun immun sistemə təsirini öyrənmək məqsədilə aparılmış tədqiqat işi haqqında məlumat verilmişdir. Bu məqsədlə, tədqiqata yaşı 6 aylıqdan 6 yaşa qədər olan 340 RRİ-li və 125 praktik sağlam uşaq cəlb edilmişdir. Onlarda ümumklinik və immunoloji müayinələrlə yanaşı, zəncirşəkilli polimeraza reaksiyası (ZPR) və bakterioloji müayinə vasitəsilə yuxarı tənəffüs yollarının və bağırsaq mikroflorasının vəziyyəti öyrənilmişdir. Tədqiqat göstərmişdir ki, RRİ keçirən uşaqlarda persistensiyaedici infeksiyalardan Staphylococcus aureus, Candida albicans, xlamidiya, mikoplazma infeksiyalarına daha çox rast gəlinir, infeksiyalar xəstəliyin ağırlaşmasında, residivləşməsində, uzun sürməsində, xronikləşməsində əsas rola malik olmaqla immun sistemin, xüsusilə hüceyrə immunitetinin daha çox zədələnməsinə səbəb olur. Xlamidiya, mikoplazma kimi opportunist infeksiyalar zamanı xəstəlik daha uzun sürməyə meylli olmuş, azsimptomlu, atipik keçmiş, əsas aparıcı simptom əksər xəstələrdə bronxoobstruksiya sindromu olmuşdur. Bağırsaq disbiozu RRİ qrupunda 67,6% halda aşkar edilmişdir; bu, RRİ şəraitində immun sistemin zəiflədiyinə dəlalət edir.  

Downloads

Download data is not yet available.

Yayımlanıb

2026-07-26

Necə istinad edilir

Kərimova, M., Müseyibov, E., & Sultanova, N. (2026). UŞAQLARDA RESİDİVLƏŞƏN RESPİRATOR İNFEKSİYA ZAMANI MİKROBİOTANIN İMMUN SİSTEMƏ TƏSİRİ. Azərbaycan Tibb Jurnalı, (2), 55–62. https://doi.org/10.34921/amj.2026.2.010

Nömrə

Bölmə

KLİNİK TƏDQİQATLAR