MƏDƏ XƏRÇƏNGİ ZAMANI QAN SERUMUNDA PROQASTRİN VƏ KLAUDİN-2 ZÜLALLARININ DİAQNOSTİK ƏHƏMİYYƏTİ
DOI
https://doi.org/10.34921/amj.2026.2.006Açar sözlər
mədə xərçəngi, DNT reparasiya genləri, diaqnostik marker, proqastrin, klaudin-2Xülasə
Məqalədə mədə xərçəngi olan xəstələrin qan serumunda proqastrin və klaudin-2 zülallarının səviyyəsinin tədqiqi, onların DNT reparasiyası genlərində baş verən mutasiyalarla qarşılıqlı əlaqəsinin və onların diaqnostik əhəmiyyətinin qiymətləndirilməsi məqsədilə aparılmış tədqiqat işi haqqında məlumat verilmişdir. Tədqiqata mədə xərçəngi olan 50 xəstənin və 50 nəfər praktik sağlam şəxsin (kontrol qrupu) müayinəsinin nəticələri daxil edilmişdir. Bütün şəxslərin qan nümunələrində XRCC1 və ERCC1 DNT reparasiya genlərinin mutasiyaları sekvensləmə üsulu ilə, qan serumunda proqastrin və klaudin-2 zülallarının səviyyəsi isə ELISA metodu ilə təyin edilmişdir. Nəticələr qruplararası müqayisədə tədqiq edilmişdir. Tədqiqat göstərmişdir ki, mədə xərçəngi olan xəstələrin qan serumunda proqastrin səviyyəsi kontrol qrupu ilə müqayisədə 3,8 dəfə, klaudin-2 səviyyəsi isə 6,0 dəfə yüksəkdir (p<0,001); DNT reparasiyası genlərində mutasiya olan qrupda hər iki göstəricinin səviyyəsi müvafiq genlərin mutasiyaya uğramamış qrupla müqayisədə statistik əhəmiyyətli dərəcədə artır: proqastrin – 1,4 dəfə (p=0,036), klaudin-2 – 1,5 dəfə (p=0,004). Əldə edilən nəticələr proqastrin və klaudin-2 zülallarının mədə xərçənginin diaqnostikasında və xəstəliyin molekulyar-genetik xüsusiyyətlərinin qiymətləndirilməsində əlavə diaqnostik dəyərə malik biomarkerlər kimi istifadəsinin mümkünlüyünü göstərir.Downloads
Download data is not yet available.
Endirin
Yayımlanıb
2026-07-26
Necə istinad edilir
Əsgərov, E., Əzizova, G., Şahverdiyeva, İ.C., & İslamzadə, F. (2026). MƏDƏ XƏRÇƏNGİ ZAMANI QAN SERUMUNDA PROQASTRİN VƏ KLAUDİN-2 ZÜLALLARININ DİAQNOSTİK ƏHƏMİYYƏTİ. Azərbaycan Tibb Jurnalı, (2), 33–37. https://doi.org/10.34921/amj.2026.2.006
Nömrə
Bölmə
KLİNİK TƏDQİQATLAR
Lisenziya
Müəllif hüququ (c) 2026 Azərbaycan Tibb Jurnalı

Bu çalışma Creative Commons Attribution 4.0 International License ile lisenziyalanıb.


