ÜRƏK CƏRRAHLIĞI ƏMƏLİYYATLARINDAN SONRAKI DÖVRDƏ İNSULT: PROQNOSTİK İMKANLAR VƏ RİSK AMİLLƏRİNİN FƏRDİLƏŞDİRİLMİŞ QİYMƏTLƏNDİRİLMƏSİ

Müəlliflər

  • D.S. Mankovski “Ukrayna Səhiyyə Nazirliyinin Ürək İnstitutu” Dövlət Müəssisəsi

DOI

https://doi.org/10.34921/amj.2021.3.011

Açar sözlər

beyin insultu, kardiocərrahlıq, süni qan dövranı, risk amilləri, proqnozlaşdırma alqoritmi

Xülasə

Kardiocərrahi xəstələrdə beyin insultunun risk amillərinin sistematik tədqiqi aparılmış­dır. Kardiocərrahi müdaxilələrə (KCM) məruz qalmış xəstələrdə süni qan dövranının tətbiqi şərai­tində 20-dən artıq klinik-anamnestik əlamətin risk amili və diaqnostik əlamət kimi rolu müəyyən­ləş­di­ril­­miş­dir. KCM-yə məruz qalmış xəstələrdə beyin insultunun yaranmasında klinik-anamnestik əlamətlərin iştiraketmə dərəcələri aydınlaşdırılmışdır. Beyin insultunun risk dərəcəsinin fərdi qay­dada müəyyənləşdirilməsi məqsədilə alqoritm, vizual analoq şkalası tərtib edilmişdir. Göstəril­mişdir ki, anamnezində anemiya, qapalı kəllə-beyin travması kimi halların ürəyin sol mədəcəyinin atım fraksiyasının azalması ilə birgə rast gəlinməsini KCM-in süni qan dövranı tətbiq edilmədən aparılmasının vacibliyi üçün “siqnal markeri” hesab etmək olar.

Downloads

Download data is not yet available.

Yayımlanıb

2021-09-30

Necə istinad edilir

Mankovski , D. (2021). ÜRƏK CƏRRAHLIĞI ƏMƏLİYYATLARINDAN SONRAKI DÖVRDƏ İNSULT: PROQNOSTİK İMKANLAR VƏ RİSK AMİLLƏRİNİN FƏRDİLƏŞDİRİLMİŞ QİYMƏTLƏNDİRİLMƏSİ. Azərbaycan Tibb Jurnalı, (3), 78–86. https://doi.org/10.34921/amj.2021.3.011

Nömrə

Bölmə

KLİNİK TƏDQİQATLAR