İMMUN ÇATMAZLIĞI VƏZİYYƏTİNDƏ OLAN XƏSTƏ QADINLARIN ENDOMETRİUM, UŞAQLIQ BOYNU VƏ SÜD VƏZİSİ TOXUMALARINDA ESTROGEN VƏ PROGESTERON RESEPTORLARI

Müəlliflər

  • M.V. Litvinenko Odessa Milli Tibb Universiteti
  • Т.Ye. Narbutova Odessa Milli Tibb Universiteti
  • N.N. Oleynik Odessa Milli Tibb Universiteti
  • İ.V. Lantux V.İ.Karazin ad. Xarkov Milli Universiteti
  • А.V. Katsap 1 №-li Şəhər Klinik Xəstəxanası
  • V.V. Qarqin Xarkov Milli Tibb Universiteti

DOI

https://doi.org/10.34921/amj.2021.3.010

Açar sözlər

endometrium, süd vəzisi, uşaqlıq boynu, immun çatışmazlığı, estrogen, progesteron

Xülasə

Məqalədə immun çatışmazlığı olan qadınların endometriumunda, uşaqlıq boynunda və süd vəzilərində estrogen və progesteron reseptorlarının yayılmasını öyrənmək məqsədilə aparılmış tədqiqat işi haqqında məlumat verilmişdir.

Yaşı 20-dən 40-a qədər olan 75 qadının seksion materialı tədqiq edilmişdir. Tədqiqat obyekt­ləri 3 qrupa bölünmüşdür: 1) insan immun çatışmazlığı (HIV) infeksiyası müşahidə edilən qadın­lar;          2) anamnestik və ölümdən sonrakı əlamətlərə görə alkoholdan süi-istifadə faktı qeyd edilən qadınlar; 3) təsadüfi səbəblərdən həlak olmuş qadınlar. Seksion materialın rutin hazırlığından və immunohistokimyəvi boyadılmasından sonra estrogen (ER) və progesteron (PR) reseptorlarının ekspressiyası modifikasiyaya uğradılmış D.Alled üsulu ilə tədqiq edilmişdir.

Tədqiqat göstərmişdir ki, immun çatışmazlığı vəziyyətinin inkişafı qadın cinsiyyət orqanla­rında reseptorların yayılmasına ciddi təsir göstərir. Endometriumda D.Alled şkalası üzrə orta ümumi bal göstəricisi 4-dən aşağı enərək 3,46±0,61 və 3,33±0,94, uşaqlıq boynu toxumasında 3,11±0,63 və 3,09±0,72, süd vəzisində 3,86±0,63 və 3,79±0,90 olmuşdur (müvafiq olaraq, HIV infeksiyası olan və alkoholizmli qadınlarda). Bu göstəricilər müqayisə qrupundakından statistik etibarlı fərqlənmişdir.

Beləliklə, immun çatışmalığının inkişafı qadın cinsiyyət sistemi orqanlarının – endometriumun, uşaqlıq boynunun və süd vəzilərinin toxumasında cinsiyyət hormonları reseptorlarının yayılma­sında dəyişikliklərlə müşayiət edilir. Bu zaman reseptorlarda həm kəmiyyət, həm də keyfiyyət dəyi­şiklikləri baş verir. Bu isə adı çəkilən orqanlarda üçkomponentli neqativ fenomenin imkişafı üçün ilkin şəraitdir.

Downloads

Download data is not yet available.

Yayımlanıb

2021-09-30

Necə istinad edilir

Litvinenko , M., Narbutova . Т., Oleynik , N., Lantux , İ.V., Katsap А., & Qarqin , V. (2021). İMMUN ÇATMAZLIĞI VƏZİYYƏTİNDƏ OLAN XƏSTƏ QADINLARIN ENDOMETRİUM, UŞAQLIQ BOYNU VƏ SÜD VƏZİSİ TOXUMALARINDA ESTROGEN VƏ PROGESTERON RESEPTORLARI. Azərbaycan Tibb Jurnalı, (3), 70–77. https://doi.org/10.34921/amj.2021.3.010

Nömrə

Bölmə

KLİNİK TƏDQİQATLAR