REVMATOİD ARTRİTİN AĞCİYƏR TƏZAHÜRLƏRİ

Müəlliflər

  • F.N. Qasımova Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu https://orcid.org/0000-0002-6393-3807
  • N.N. Hüseynova Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu
  • G.S. Nur-Məmmədova Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu
  • A.V. Musayeva Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu

DOI

https://doi.org/10.34921/amj.2026.1.030

Açar sözlər

revmatoid artrit, ağciyər zədələnməsi, interstisial ağciyər xəstəlikləri, “buzlu şüşə” simptomu

Xülasə

Məqalədə revmatoid artrit zamanı ağciyərlərin interstisial zədələnmələrinin əsas təzahürləri və bu tip patoloqiyaya məruz qalmış xəstə haqqında müəlliflərin şəxsi müşahidələri haqqında məlumat verilmişdir. Müəlliflər göstərirlər ki, ağciyərlərin interstisial zədələnməsi revmatoid artritli (RA) xəstələrdə ən çox rast gəlinən ağırlaşmalardan biridir və interstisial pnevmoniya, fibroz, revmatoid düyünlər və retikulyar dəyişikliklərlə təzahür edir. Bu əlamətlər tez-tez xəstəliyin ağırlıq dərəcəsinin göstəricisi olur və xəstələrin həyat keyfiyyətini əhəmiyyətli dərəcədə pisləşdirə bilər. Məqalədə uzunmüddətli bazis və bioloji terapiya (metotreksat, fol turşusu, metilprednizolon, tosilizumab) alan aqressiv gedişli RA xəstəsində müşahidə edilən əlamətlər haqqında məlumat verilmişdir. Döş qəfəsinin rentgenoqrafiyası və KT zamanı ikitərəfli interstisial dəyişikliklər, o cümlədən, “buzlu şüşə” sahələri və retikulyar sıxlaşmalar aşkarlanmışdır. Bu hal RA xəstələrində ağciyərlərin interstisial zədələnməsinin vaxtında diaqnostikasının, optimal terapevtik strategiyanın seçilməsinin və ağciyər patologiyasının proqressivləşməsinin qarşısının alınmasının vacibliyini göstərir.

Downloads

Download data is not yet available.

Endirin

Yayımlanıb

2026-03-15

Necə istinad edilir

Qasımova, F., Hüseynova, N., Nur-Məmmədova, G., & Musayeva, A. (2026). REVMATOİD ARTRİTİN AĞCİYƏR TƏZAHÜRLƏRİ. Azərbaycan Tibb Jurnalı, (1), 172–177. https://doi.org/10.34921/amj.2026.1.030

Nömrə

Bölmə

KLİNİK PRAKTİKADAN MƏLUMAT