RƏQƏMSAL VƏ ƏNƏNƏVİ ÜSULLA HAZIRLANMIŞ DİŞ PROTEZLƏRİNİN PASİYENTLƏR TƏRƏFİNDƏN QİYMƏTLƏNDİRİLMƏSİ

Müəlliflər

  • N.A. Pənahov Azərbaycan Tibb Universiteti
  • C.Y. Axundov Azərbaycan Tibb Universiteti

DOI

https://doi.org/10.34921/amj.2026.1.027

Açar sözlər

protezləmə, molyar dişlər, premolyar dişlər, rəqəmsal üsulla skanerləmə, qəlib, vizual-analoq əsaslı şkala

Xülasə

Məqalədə adi və rəqəmsal üsulla icra edilən protezləmənin pasiyentlərin özləri tərəfindən necə qiymətləndirildiyini araşdırmaq məqsədilə aparılmış tədqiqat haqqında məlumat verilmişdir. Tədqiqatın aparılması üçün protezləməyə ehtiyacı olan, yaşı 34,62±2,74 arasında dəyişən 104 pasiyent seçilmişdir. Onların 51,9 %-i kişi, 48,1 %-i qadın idi. Ölçü götürmək üçün cəmi 114 diş hazırlanmışdır və onlardan 85-i premolyar, 29-u isə ilk azi dişləri olmuşdur. Tədqiqatın aparılması üçün 2 qrup müayinə edilmişdir: 1-ci qrupa üzərinə adi üsulla protezləmə aparılan 52, 2-ci qrupa isə rəqəmsal protezləşməyə məruz qalan daha 52 pasiyent daxil idi. Rəqəmsal üsulla skanerləmə zamanı ”Medit 1500” markalı skaner tətbiq olunmuşdur. Pasiyentler tərəfindən qəlib nümunəsinin götürülməsi prosesinə qiymət verilməsindən ötrü virtual-analoq tipli şkaladan istifadə edilmişdir. Alınan nəticələr. 1-ci və 2-ci qrup pasiyentlər arasında ən aşağı nəticə ağrı ilə müşayiət olunan gicgah və aşağı çənə nahiyəsində narahatlıq hissi ilə əlaqədar qeydə alınmışdır. 2-ci qrupda isə nəticələrin hamısı 1-ci qrupa aid nəticələri üstələmişdir. Rəqəmsal qəlib texnikasının tətbiqindən alınan nəticə ənənəvi üsuldakına nisbətən 1,7 dəfə (p<0,05) üstün olmuşdur. Qəlib nümunələrinin götürülməsinin nə dərəcədə rahat olması ilə əlaqədar suala 1-ci qrup pasiyentlərinin 53,8 %-i, 2-ci qrup pasiyentlərinin isə 82,7%-i müsbət cavab vermişdir (p<0,01). Pasiyentlərin rəyinə görə rəqəmsal protezləşmə üçün qəlib nümunələrinin götürülməsi prosesi digər metodun tətbiqindən xeyli pozitiv olmuşdur. Belə ki, rəqəmsal metod pasiyentin rahatlığının təmin edilməsi baxımından qat-qat üstün nəticələr vermişdir. Burada qəlib nümunəsinin götürülməsinə sərf edilən vaxt, ürək bulanmasının olmaması, nəfəs alma prosesinin pozulmaması, ağız açılarkən narahatlıq hissinin yaranmaması, iy- və dadbilmə ilə əlaqədar problemin müşahidə edilməməsi nəzərdə tutulur. Təcrübənin nəticələri ortopedik stomatologiyada tam şəkildə rəqəmsal iş prosesinin tətbiq edilməsini stimullaşdırır. Aparılan tədqiqatın nəticələri həm stomatoloqların işinə, həm də pasiyentlərin müalicəsinə öz təsirini göstərə bilər.

Downloads

Download data is not yet available.

Yayımlanıb

2026-03-15

Necə istinad edilir

Pənahov, N., & Axundov, C. (2026). RƏQƏMSAL VƏ ƏNƏNƏVİ ÜSULLA HAZIRLANMIŞ DİŞ PROTEZLƏRİNİN PASİYENTLƏR TƏRƏFİNDƏN QİYMƏTLƏNDİRİLMƏSİ. Azərbaycan Tibb Jurnalı, (1), 153–159. https://doi.org/10.34921/amj.2026.1.027

Nömrə

Bölmə

GİGİYENA, EPİDEMİOLOGİYA VƏ SƏHİYYƏ TƏŞKİLİ