HELICOBACTER PYLORI İLƏ ASSOSİASİYA OLUNMUŞ XRONİK QASTRİTLİ XƏSTƏLƏRDƏ 1-Cİ XƏTT ERADİKASİON TERAPİYANIN EFFEKTİVLİYİNİN YOĞUN BAĞIRSAĞIN DİVARYANI MİKROFLORASININ VƏZİYYƏTİNDƏN ASILILIĞI
DOI
https://doi.org/10.34921/amj.2021.3.007Açar sözlər
Helicobacter pylori, eradikasiyanın effektivliyi, divaryanı mikrofloraXülasə
Məqalədə Helicobacter pylori mənşəli xronik qastritli xəstələrdə amoksisillin-klaritromisin kompleksi daxil olmaqla üçlü sxemin effektivliyinin yoğun bağırsağın divaryanı mikroflorasının eradikasiyadan əvvəlki vəziyyətindən asılılığını müəyyən etmək məqsədi ilə aparılmış tədqiqat işi haqqında məlumat verilmişdir. Tədqiqat 50 xəstə (24-72 yaş arasında, orta yaşı 46,2±3,7 olan 27 kişi və 23 qadın) üzərində aparılmışdır. Diaqnozun təstiq olunması mədənin antral hissəsinin selikli qişasının biopsiyası və sonrakı histoloji müayinəsi ilə fibroqastroduodenoskopiya, eyni zamanda HP-ni aşkar etmək üçün ekspress ureaza testi ilə həyata keçirilmişdir. Yoğun bağırsağın divaryanı mikroflorasının vəziyyətinin qiymətləndirilməsi siqmayabənzər və kor bağırsaq selikli qişasınından gotürülmüş iki bioptatın bakterioloji müayinəsi ilə aparılmışdır. Bütün xəstələrə eradikasion terapiya şəklində rabeprazol 20 mq + amoksisillin 1 q + klaritromisin 500 mq daxil olmaqla (gündə iki dəfə 14 gün ərzində) üçlü sxemi təyin edilib. Eradikasiyanın effektivliyinə nəzarət müalicə kursunun bitməsindən 4 həftə sonra təkrar fibroqastroduodenoskopiya ilə ekspress ureaza testi vasitəsilə həyata keçirilmişdir. Aparılan tədqiqatlar eradikasion terapiyanın effektivliyinin bağırsaq disbiozunun ağırlıq dərəcəsinin artmasına uyğun olaraq proqressiv azaldığını göstərmişdir. Beləliklə, birinci dərəcəli disbiozu olan xəstələrdə həmin göstərici maksimal səviyyədə (86,6%) idi. Disbiozun ikinci və üçüncü ağırlıq dərəcələrində eradikasion terapiya müvafiq olaraq 73,6% və 50% hallarda müsbət nəticə vermişdir, dördüncü dərəcə olan xəstələrdə isə tam effektsiz olmuşdur. Uğurlu eradikasiyası olan xəstələr arasında bifidobakteriyaların, laktobasillilərin və E. coli ştammlarının orta konsentrasiyalarının daha yüksək göstəriciləri qeyd edilmişdir.
Downloads
Endirin
Yayımlanıb
Necə istinad edilir
Nömrə
Bölmə
Lisenziya
Müəllif hüququ (c) 2022 Azərbaycan Tibb Jurnalı

Bu çalışma Creative Commons Attribution 4.0 International License ile lisenziyalanıb.


