BİRLƏŞMİŞ LOKALİZASİYALI DAŞƏMƏLƏGƏLMƏ ZAMANI İMMUNOLOJİ STATUSUN XÜSUSİYYƏTLƏRİ
DOI
https://doi.org/10.34921/amj.2021.4.008Açar sözlər
urolitiaz, sialolitiaz, persistensiya edən virus infeksiyası, sitomeqalovirus, epidemik parotit virusuXülasə
Məqalə orqanizmdə daş əmələ gəlməsinə təsir göstərən amillərə – sitomeqalovirusun (SMV) və epidemik parotit virusunun (EPV) persistensiyasının böyrək və ağız suyu vəzilərində bu patologiyanın yaranmasının etiopatogenezinə həsr edilmişdir. Bu məqsədlə sidikdaşı xəstəliyi ilə çənəaltı vəzilərinin sialolitiazının birgə rast gəldiyi və konqrementin vəzi cismində lokalizasiya etdiyi müşayiət edilən 11 nəfər üzərində müşahidə aparılmışdır. Biopsiya materialı toxuma ekstraktının kulturasında sitomeqalovirus və epidemik parotit infeksiyalarının persistensiyasını araşdırmaq yolu ilə tədqiq edilmişdir. Bütün hallarda aparılmış virusoloji tədqiqat zamanı sitopatik effekt müşahidə edilmişdir. Tədqiqata cəlb edilmiş 11 xəstədən 10-da (91%) nüvədaxili əlavələri olan təknüvəli nəhəng hüceyrələr aşkar edilmişdir ki, bu da tədqiqat materialında SMV olduğuna dəlalət edir. 6 (54%) preparatda çoxnüvəli simplastlar aşkar edilmişdir ki, bu da onlada EPV olduğunu göstərir. 5 xəstədən (45%) götürülmüş tədqiqat materialında isə hər iki dəyişiklik növləri olan hüceyrələr aşkar edilmişdir. Yəni bu xəstələrdə sialolitiaz yaranması qarışıq virus infeksiyası ilə əlaqıdar olmuşdur


