BƏDƏN KÜTLƏSİ NORMADAN ARTIQ OLAN UŞAQLARDA ƏTRAF MÜHİT AMİLLƏRİ VƏ DİAQNOSTİK PARAMETRLƏR ARASINDA KORRELYASİON ƏLAQƏLƏR
DOI
https://doi.org/10.34921/amj.2026.1.016Açar sözlər
uşaqlar, hemoqlobin, dəmir, calsium, vitamin D3, xolesterol total, piylənməXülasə
Məqalədə artıq çəki və piylənməsi olan uşaq və yeniyetmələrin qanının biokimyəvi göstəricilərinin müqayisəli təhlili, piylənmənin yayılması və sosial amillər arasında əlaqənin tədqiqi məqsədilə aparılmış tədqiqat işi haqqında məlumat verilmişdir.Tədqiqatda Azərbaycan Tibb Universitetinin Tədris Teratevtik klinikasina 2018-2019-cu illərdə müraciət edən 0-18 yaşlı 784 nəfər (408 ambulator, 376 stasionar) pasyientin məlumatlarından istifadə edilmişdir. Tədqiqat göstərmişdir ki, piylənməsi və artıq bədən kütləsi olan uşaqların qanında hemoqlobin və fosforun səviyyəsi bədən kütləsindən asılı olaraq əhəmiyyətli dərəcədə dəyişir. Kalsium, D vitamini və dəmir, eritrositlərin çökmə sürəti, somatotrop hormon və ümumi xolesterolun qatılığı qruplar arasında qismən fərqli olsa da, statistik əhəmiyyət daşımamışdır. Qanın yüksək informativliyə malik biokimyəvi göstəricilərinin öyrənilməsi uşaqlarda artıq kütlə və piylənmənin formalaşmasına təsir edən faktorların müəyyənləşdirilməsi baxımından böyük əhəmiyyət kəsb edir. Bu baxımdan, erkən diaqnostik və profilaktik tədbirlərin həyata keçirilməsi risk qrupuna aid olan uşaqlarda yanaşı xəstəliklərin qarşısının alınmasına və sağlamlıq göstəricilərinin yaxşılaşdırılmasına kömək edə bilər.
Downloads
Endirin
Yayımlanıb
Necə istinad edilir
Nömrə
Bölmə
Lisenziya
Müəllif hüququ (c) 2026 Azərbaycan Tibb Jurnalı

Bu çalışma Creative Commons Attribution 4.0 International License ile lisenziyalanıb.


