MÜXTƏLİF KOLOREKTAL ANASTOMOZ ÜSULLARININ POSTOPERATİV NƏTİCƏLƏRƏ TƏSİRİ
DOI
https://doi.org/10.34921/amj.2026.1.014Açar sözlər
düz bağırsaq xərçəngi, kolorektal anastomoz, postoperativ anastomoz tutarsızlığı, illeostoma, risk faktorlarıXülasə
Məqalədə düz bağırsaq xərçəngi olan xəstələrdə müxtəlif kolorektal anastomoz texnikalarının (uç-uca və yan-uca) tətbiqindən sonra inkişaf edən postoperativ ağırlaşmalar və onların risk faktorları (bədən kütləsi indeksi, stoma, neoadjuvant kimyaterapiya, yanaşı xəstəliklər) ilə əlaqəsinin qiymətləndirilməsinə yönəlmiş tədqiqatın nəticələri şərh edilmişdir. Tədqiqat işinə 2017-2022-ci illər ərzində Respublika Diaqnostika Mərkəzində düz bağırsaq xərçəngi diaqnozu ilə operativ müalicə edilən 192 xəstə daxil edilmişdir. 68 xəstəyə uc-uca, 124 xəstəyə isə yan-uc anastomoz tətbiq edilmişdir. İleostoma 30 xəstəyə qoyulmuşdur. Uc-uca kolorektal anastomoz tətbiq edilən xəstələrdən 9 nəfərdə (13,2%), yan-uca kolorektal anastomoz tətbiq edilən qrupda isə 3 nəfərdə (2,4%) anastomoz tutarsızlığı müşahidə edilmişdir (p<0,001). Tədqiqat göstərmişdir ki, yüksək BKİ (≥30 kq/m²), neoadyuvant şüa və kimyəvi terapiya, eləcə də yanaşı patologiyaların olması anastomoz tutarsızlığı riskini əhəmiyyətli dərəcədə artırır. Müəllifin fikrincə, düz bağırsaq xərçənginin cərrahi müalicəsi zamanı yan-uc anastomoz texnikası anastomoz tutarsızlığı tezliyini, ileostoma və təkrar əməliyyat zərurətini əhəmiyyətli dərəcədə azaldır və bu üsul daha etibarlı və təhlükəsiz cərrahi yanaşma kimi qiymətləndirilə bilər. Neoadyuvant şüa və kimyəvi terapiya, yaşın 50-dən artıq olması, yanaşı patologiyalar və yüksək BKİ anastomoz tutarsızlığının yaranmasında yüksək risk amilləri hesab edilə bilər.
Downloads
Endirin
Yayımlanıb
Necə istinad edilir
Nömrə
Bölmə
Lisenziya
Müəllif hüququ (c) 2026 Azərbaycan Tibb Jurnalı

Bu çalışma Creative Commons Attribution 4.0 International License ile lisenziyalanıb.


