MƏDƏ XƏRÇƏNGİ XƏSTƏLƏRİNİN YAŞAMA GÖSTƏRİCİLƏRİNƏ NUTRİTİV STATUSUN TƏSİRİ
DOI
https://doi.org/10.34921/amj.2026.1.011Açar sözlər
mədə xərçəngi, nutritv dəstək, orta yaşama göstəricisi, ümumi yaşama göstəricisiXülasə
Məqalədə mədə xərçənginə görə cərrahi müalicə edilmiş xəstələrə göstərilən əlavə farmakoloji nutritiv dəstəyin orta yaşama göstəricilərinə təsirini öyrənmək məqsədilə aparılmış tədqiqat işi haqqında məlumat verilmişdir. Tədqiqata histoloji metodla mədə xərçəngi verifikasiya edilmiş 118 pasiyent daxil edilmişdir. Xəstələr nutritiv dəstəyin verilməsinə görə əsas (n=69) və kontrol (n=49) qruplara ayrılmışdır. Əsas qrupa daxil edilmiş xəstələrə əməliyyatdan 10 gün əvvəl və əməliyyatdan sonrakı dövrdə standart müalicə ilə yanaşı, əlavə olaraq enteral nutritiv dəstək verilmişdir. Xəstələrin orta yaşama müddəti, yaşama müddətinin median göstəricisi və həmçinin yaşama müddətinin kvartillər üzrə təhlili Kaplan-Meier üsulu və Log-rank testi ilə analiz edilmişdir. Əldə olunan nəticə, mədə xərçəngi xəstələrinə əlavə nutritiv dəstək verilməsinin, onların yaşama müddətinə müsbət təsir etdiyini deməyə əsas verir.
Downloads
Endirin
Yayımlanıb
Necə istinad edilir
Nömrə
Bölmə
Lisenziya
Müəllif hüququ (c) 2026 Azərbaycan Tibb Jurnalı

Bu çalışma Creative Commons Attribution 4.0 International License ile lisenziyalanıb.


