XORALI-NEKROTİK GİNGİVİTLƏRİN MÜALİCƏSİNDƏ “ASEPTA” GELİNİN VƏ KRİSTALLİK TRİPSİNİN BİRGƏ TƏTBİQİNİN EFFEKTİVLİYİ

Müəlliflər

  • B.M. Həmzəyev Azərbaycan Tibb Universiteti
  • R.A. Abbasova Azərbaycan Tibb Universiteti
  • K.M. Məmmədova Azərbaycan Tibb Universiteti
  • V.B. Qurbanov Azərbaycan Tibb Universiteti

DOI

https://doi.org/10.34921/amj.2026.1.010

Açar sözlər

xoralı-nekrotik gingivit, “Asepta” gel, kristal tripsin, Metrogil denta

Xülasə

Məqalədə xoralı-nekrotik gingivitlərin konservativ müalicəsinin effektivliyini artırmaq məqsədilə müəlliflərin təklif etdiyi “Asepta” gel və kristal tripsin tozu kompleksinin birgə tətbiqinin effektivliyini öyrənmək məqsədilə aparılmış tədqiqat haqqında məlumat verilmişdir. Tədqiqata yaşı 30-la 40 arasında olan 16 pasiyent cəlb edilmişdir. Pasiyentlər iki qrupa bölünmüşdür: I qrupdakı pasiyentlərdə “Metrogil denta” geli, II qrupdakı pasiyentlərdə isə “Asepta” gel+kristal tripsin tozu kompleksi istifadə edilmişdir. Hər iki qrupda ilkin sanasiya tədbirləri həyata keçirilmiş və xoralı diş ətlərinin üzərinə dərman preparatları çəkildikdən sonra nekrozlaşmış sahələr sink oksid-evgenol tərkibli yumşaq parodontal sarğılarla ağız suyu ilə təmasdan təcrid edilmişdir. Prosedurlar davamlı antiseptik qarqaralarla birlikdə gündə iki dəfə olmaqla 14 gün müddətində aparılmışdır. Qruplar üzrə aparılan müqayisəli təhlillər zamanı məlum olmuşdur ki, I qrupa nisbətən II qrupdakı göstəricilər həm klinik, həm də tətbiq olunan parodontal indeks göstəricilərinə əsasən daha effektivdir. Müalicə kursu başa çatdıqdan sonra I qrupda bir sıra bəsit subyektiv əlamətlər qaldığı halda, II qrupdakı pasiyentlərin diş ətində tam sağalma müşahidə edilmişdir. Bu fərqlilik indeks göstəricilərində də müəyyən edilmiş və I qrupda GI, PMA və OHİ-S indekslərinin nəticələri müalicədən sonra müvafiq olaraq 0,98±0,07 bal, 26,7±2,03% və 0,6±0,74 bal. II qrupda isə anoloji göstəricilər müvafiq olaraq 0,46±0,03bal, 18,2±1,97% və 0,5±1,06 bal səviyyəsində olmuşdur.

Downloads

Download data is not yet available.

Endirin

Yayımlanıb

2026-03-15

Necə istinad edilir

Həmzəyev, B., Abbasova, R., Məmmədova, K., & Qurbanov, V. (2026). XORALI-NEKROTİK GİNGİVİTLƏRİN MÜALİCƏSİNDƏ “ASEPTA” GELİNİN VƏ KRİSTALLİK TRİPSİNİN BİRGƏ TƏTBİQİNİN EFFEKTİVLİYİ. Azərbaycan Tibb Jurnalı, (1), 61–65. https://doi.org/10.34921/amj.2026.1.010

Nömrə

Bölmə

KLİNİK TƏDQİQATLAR