KERATOKONUSUN İNKİŞAFINDA İLTİHAB MARKERLƏRİNİN VƏ İMMUNOQLOBULİNLƏRİN ROLU

Müəlliflər

  • A.M. Abdullayeva Azərbaycan Tibb Universiteti
  • S.Ə. Quliyeva Azərbaycan Tibb Universiteti
  • V.M. Məmmədova Azərbaycan Tibb Universiteti
  • V.B. Nəsirova Azərbaycan Tibb Universiteti
  • S.H. Əhmədova Azərbaycan Tibb Universiteti
  • N.A. Sadıqova Azərbaycan Tibb Universiteti
  • G.V. Abdullayeva Azərbaycan Tibb Universiteti

DOI

https://doi.org/10.34921/amj.2026.1.003

Açar sözlər

keratokonus, sitokinlər, immunoqlobulinlər

Xülasə

Məqalədə keratokonus xəstəliyi zamanı iltihabi və immun markerlərinin araşdırılmasına dair tədqiqat işi haqqında məlumat verilmişdir. Tədqiqata 28 nəfər keratokonuslu xəstənin klinik-laborator analizlərinin nəticələri daxil edilmişdir (əsas qrup); 20 nəfər keratokonus müşahidə edilməyən praktik sağlam şəxsin nəticələri kontrol qrupunu təşkil etmişdir. Əsas qrupa daxil olan şəxslərin göz yaşında iltihab sitokinlərindən interleykin-1β-nın (İL-1β), interleykin-6-nın (İL-6), α-şiş nekrozu faktorunun (TNF-α), immunoqlobulinlərin (İg A, İg M, İgG) səviyyəsi tədqiq edilmiş və kontrol qrupla müqayisə edilmişdir. Keratokonus olan xəstələrin göz yaşı nümunələrinin tədqiqi zamanı sitokinlərin – İL-1β, İL-6 TNF-α və immunoqlobulinlərin – İg A, İg M, İgG səviyyələrində dəyişiklik müşahidə edilmişdir. Müəlliflərin fikrincə, tədqiqatın nəticələri keratakonusun etiopatogenezinin aydınlaşdırılmasına və müalicə istiqamətlərinin düzgün seçilməsinə kömək edə bilər.

Downloads

Download data is not yet available.

Endirin

Yayımlanıb

2026-03-15

Necə istinad edilir

Abdullayeva, . A., Quliyeva, S., Məmmədova, V., Nəsirova, V., Əhmədova, S., Sadıqova, N., & Abdullayeva, G. (2026). KERATOKONUSUN İNKİŞAFINDA İLTİHAB MARKERLƏRİNİN VƏ İMMUNOQLOBULİNLƏRİN ROLU. Azərbaycan Tibb Jurnalı, (1), 18–21. https://doi.org/10.34921/amj.2026.1.003

Nömrə

Bölmə

KLİNİK TƏDQİQATLAR