ODLU SİLAH YARALARI ALAN HƏRBİ QULLUQÇULARDA AĞIRLAŞMA HALLARININ PROQNOZLAŞDIRILMASI
DOI
https://doi.org/10.34921/amj.2025.4.027Açar sözlər
müharibə, odlu silah zədəsi, yaralı, ağırlaşmaXülasə
Məqalədə odlu silah zədələri almış hərbi qulluqçularda müalicə müddətində ağırlaşmaların inkişaf edibetməyəcəyinin proqnozlaşdırılması imkanını araşdırmaq məqsədilə aparılmış elmi tədqiqatın nəticələri şərh edilmişdir. İkinci Qarabağ müharibəsində yaralananların və onların xəsarətlərinin tibbi göstəriciləri ilə ağırlaşma halları arasında əlaqələr araşdırılmışdır. Yaralıların göstəriciləri təhlil edilərkən ağırlaşmanın yaralının tibbi yardımdan sonrakı vəziyyəti ilə, eləcə də, digər tibbi amillərlə əlaqəli olduğu aşkar edilmişdir. Yaralı və onun xəsarəti ilə bağlı amillər təhlil edilərək müxtəlif riyazi üsullarla onlardan hansıların daha çox ağırşmalarla əlaqəsi olduğu öyrəlindi. Araşdırılan amillər arasında əsas əhəmiyyət kəsb edən 11 tibbi göstərici əsasında logistik reqressiya tənliyi qurulmuşdur. Nəticədə bu göstəricilərdən istifadə edərək yaralıda ağırlaşmanın olub-olmayacağını proqnozlaşdırmağa kömək edən üsul hazırlanmışdır. Təklif edilən düstur vasitəsilə yaralı ilə əlaqəli 11 tibbi amilə istinad edilərək istənilən vaxt ağırlaşmanın gözlənilib-gözlənilməyəcəyini proqnozlaşdırmaq mümkündür. Proqnostik model əsasında odlu silah zədələnməsi olan yaralılarda ağırlaşmaları proqnozlaşdıran kompüter proqramı və mobil tətbiq hazırlanmışdır.
Downloads
Endirin
Yayımlanıb
Necə istinad edilir
Nömrə
Bölmə
Lisenziya
Müəllif hüququ (c) 2026 Azərbaycan Tibb Jurnalı

Bu çalışma Creative Commons Attribution 4.0 International License ile lisenziyalanıb.


