ARXA MİKROFTALM SİNDROMU OLAN ŞƏXSLƏRDƏ MÜŞAHİDƏ EDİLƏN PAPİLLAMAKULYAR BÜKÜŞ

Müəlliflər

  • G.Ə. Əliyeva Azərbaycan Tibb Universiteti

DOI

https://doi.org/10.34921/amj.2025.4.023

Açar sözlər

mikroftalm, papillomakulyar büküş, makulyar ödem, torlu qişa, retina

Xülasə

Məqalədə nadir hallarda rast gəlinən oftalmoloji patologiyalardan biri olan arxa mikroftalm sindromu ilə birgə papillamakulyar büküş anomaliyasına dair müəllifin klinik müşahidəsi haqqında məlumat verilmişdir. Burada adı çəkilən patologiyaya dair ədəbiyyat məlumatlarından və xəstəliyin əlamətlərindən bəhs edilir. Məqalədə statistik olaraq çox az rast gəlinən patologiya papillamakulyar büküş müşahidə edilən və arxa mikroftalmdan əziyyət çəkən 15 yaşlı qadın haqqında məlumatlar təqdim edilib. Xəstə görmə zəifliyindən şikayətlə müraciət etmişdir. Rutin oftalmoloji müayinə zamanı xəstədə papillomakulyar büküş və torlu qişa ödeminə rast gəlinmişdir. Torlu qişanın bu tipli ödeminin kistoz makulyar ödem (KMÖ) ilə düzgün diferensiasiyasını aparmaq tövsiyə edilir. Diferensiasiyanı düzgün aparmaq üçün xəstələrdə rutin oftalmoloji müayinələrlə yanaşı, oftalmoloji ultrasəs, korneal topoqrafiya, optik koherent tomoqrafiya(OKT) müayinələri də aparılmışdır. Müayinə nəticələrinə əsasən xəstədə kistoz makulyar ödem olmadığı aşkarlanmışdır. Diferensasiyanın düzgün aparılması düzgün müalicə metodunun seçilməsinə eyni zamanda KMÖ zamanı istifadə olunan intravitreal iynələrin bu patologiyada istifadəsinin qarşısının alınmasına kömək edir. Papillamakular büküş zamanı istifadə olunan intravitreal Anti-VEGF preparatları müalicədə kömək etməməklə yanaşı torlu qişanın atrofiyasına da səbəb ola bilər.

Downloads

Download data is not yet available.

Endirin

Yayımlanıb

2025-12-23

Necə istinad edilir

Əliyeva, G. (2025). ARXA MİKROFTALM SİNDROMU OLAN ŞƏXSLƏRDƏ MÜŞAHİDƏ EDİLƏN PAPİLLAMAKULYAR BÜKÜŞ. Azərbaycan Tibb Jurnalı, (4), 142–145. https://doi.org/10.34921/amj.2025.4.023

Nömrə

Bölmə

KLİNİK PRAKTİKADAN MƏLUMAT