İLTİHABİ BAĞIRSAQ XƏSTƏLİKLƏRİ OLAN PASİYENTLƏRDƏ SÜMÜK SƏRTLİYİNİN QİYMƏTLƏNDİRİLMƏSİ: MÜASİR KONSEPSİYALAR VƏ PERSPEKTİVLƏR
DOI
https://doi.org/10.34921/amj.2025.4.022Açar sözlər
itihabi bağırsaq xəstəlikləri, xoralı kolit, Kron xəstəliyi, osteoporoz, computer-tomoqrafiyaXülasə
Məqalə iltihabi bağırsaq xəstəlikləri (İBX) zamanı ən yayılmış ekstraintestinal ağırlaşmalardan biri olan osteoporozun radidiaqnostikasına həsr edilmişdir. Xəstələrin həyat keyfiyyəti, əllilik göstəriciləri və uzunmüddətli proqnozuna ciddi təsir edən osteoporozun diaqnostikasında qızıl standart hesab edilən rentgen densitometriya müayinəsi hər zaman əlçatan olmadığından, klinik praktikada alternativ metodlara ehtiyac yaranır. İBX xəstələrinin diaqnostikasında geniş istifadə edilən computer-tomoqrafiya (KT) müayinələri həm də vertebral sümük mineral sıxlığına dair əlavə məlumat əldə etməyə imkan verir. Aparılan tədqiqatın əsas məqsədi İBX olan xəstələrdə osteoporozun erkən diaqnostikasında KT vasitəsilə qabırğaların müayinəsi zamanı təyin edilmiş Hounsfield əmsallarının (HU) prediktiv dəyərini qiymətləndirməkdir. Aparılmış tədqiqat iltihabi bağırsaq xəstələri zamanı KT-əsaslı vertebral HU ölçmələrinin osteoporozun erkən aşkarlanması üçün potensial diaqnostik əhəmiyyətə malik olduğunu göstərmişdir. KT-nin rutin tətbiqi nəzərə alınaraq, HU göstəricilərinin alternativ skrininq göstəricisi kimi istifadəsi İBX xəstələrinin idarə olunmasında klinik cəhətdən faydalı ola bilər.
Downloads
Endirin
Yayımlanıb
Necə istinad edilir
Nömrə
Bölmə
Lisenziya
Müəllif hüququ (c) 2026 Azərbaycan Tibb Jurnalı

Bu çalışma Creative Commons Attribution 4.0 International License ile lisenziyalanıb.


