AZƏRBAYCAN FLORASINDAN LİMONİUM CASPİUM WİLLD. BİTKİSİ FLAVONOİDLƏRİNİN BİOLOJİ AKTİVLİYİNİN IN SILICO VƏ IN VIVO ÖYRƏNİLMƏSİ

Müəlliflər

  • E.A. Qarayev Azərbaycan Tibb Universiteti https://orcid.org/0000-0002-9666-9918
  • S.A. Paşayeva Azərbaycan Tibb Universiteti
  • R.A. Cəfərova Elmi Araşdırmalar Mərkəzi
  • F.Ə. Quliyev Azərbaycan Tibb Universiteti
  • N.Ş. Rəsulov Azərbaycan Tibb Universiteti
  • E.L. Əhmədov Azərbaycan Tibb Universiteti
  • N.S. Hüseynova Azərbaycan Tibb Universiteti
  • Ş.B. Əliyeva Azərbaycan Tibb Universiteti

DOI

https://doi.org/10.34921/amj.2025.4.020

Açar sözlər

Limonium caspium (Willd.) P. Fourn, mirisetin-3′-O-sulfat, in silico

Xülasə

Məqalədə Azərbaycanın Xəzəryanı bölgəsində yayılmış Limonium caspium Willd. (Plumbaginaceae) növünün köklərindən alınmış mirisetin (M1), mirisitrin (M2) və mirisetin-3′-O-sulfat (M3) flavonoidlərinin bioloji aktivliyinin, toksikoloji göstəricilərinin, dərmanabənzərlik xüsusiyyətlərinin və molekulyar bağlantının in silico üsullarla qiymətləndirilməsi, həmçinin onların in vivo hemostatik xüsusiyyətlərinin öyrənilməsi məqsədilə aparılmış tədqiqat haqqında məlumat verilmişdir. Flavonoidlərin bioloji aktivliyi və toksikliyi müqayisəli şəkildə in silico (PASS Online, ProTox 3.0, SwissADME, SwissTarget), həmçinin hemostatik aktivliyi in vivo şəraitdə öyrənilmişdir. Molekulyar bağlantı AutoDock Vina 4.2 proqramı vasitəsilə aparılmışdır. Tədqiq olunan liqand kimi M3 birləşməsindən, hədəf zülal kimi isə plazmindən istifadə edilmişdir. Hər üç flavonoid aşağı toksiklik göstəricilərinə malik olmuş və onların dərmanabənzərlik xüsusiyyətləri Qoşe qaydasına uyğun gəlmişdir. Əldə olunan in silico proqnozlara əsaslanaraq, göstərilən flavonoidlər arasında M3 flavonoidinin yüksək hemostatik təsirə malik olduğu müəyyən edilmişdir. Proqnozlaşdırılan məlumatları in vivo təsdiqləmək məqsədilə M3 birləşməsi Rattus norvegicus (xətti bəlli olmayan koloniya) növündən olan ağ siçovullara yeridilmişdir. Eksperimentin sonunda bütün sınaq heyvanlarında trombositlərin sayı artmış və bununla yanaşı qanın laxtalanma müddətinin azalması qeydə alınmışdır. Tədqiqatdan alınan nəticələr M3 maddəsinin plazminin potensial inhibitoru kimi istifadəsinin mümkünlüyünü göstərmişdir. Bu tədqiqat M3 maddəsinin hemostatik vasitə kimi gələcək farmakoloji araşdırmalar üçün perspektivli namizəd olduğunu göstərir.

Downloads

Download data is not yet available.

Yayımlanıb

2025-12-23

Necə istinad edilir

Qarayev, E., Paşayeva, S., Cəfərova, R., Quliyev, F., Rəsulov, N., Əhmədov, E., … Əliyeva, Ş.B. (2025). AZƏRBAYCAN FLORASINDAN LİMONİUM CASPİUM WİLLD. BİTKİSİ FLAVONOİDLƏRİNİN BİOLOJİ AKTİVLİYİNİN IN SILICO VƏ IN VIVO ÖYRƏNİLMƏSİ. Azərbaycan Tibb Jurnalı, (4), 124–131. https://doi.org/10.34921/amj.2025.4.020

Nömrə

Bölmə

EKSPERİMENTAL VƏ NƏZƏRİ TƏBABƏT